manera.az
manera.az

“Uşaq caz günü” müsabiqəsi keçirilib

📅 29.10.2016 11:30

“Uşaq caz günü” müsabiqəsi keçirilib
Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə ənənəvi olaraq Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində oktyabrın 26-da “Landmark Rotunda” “Uşaq caz günü”nə həsr edilmiş tədbir təşkil edilib.

Müsabiqədə Bakının musiqi və incəsənət məktəblərinin şagirdlərinin ifaları dinlənilib.

Körpə fidanların piano, turba, gitara və digər alətlərdə ifa etdikləri caz, pop, estrada və klassik musiqi nömrələrini tamaşaçılar hərarətlə qarşılayıb. Uşaqların ifasında dünya və Azərbaycan hit caz musiqi nömrələri, dünya caz əsərləri, müxtəlif mövzulara həsr olunmuş kompozisiyalar səsləndirilib.

Sonda qaliblər mükafatlandırılıb.


Baxış sayı - 1 621 | Yüklənmə tarixi: 29.10.2016 11:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930