manera.az
manera.az

Və hər kəs bir gün gedər... - ESSE | MANERA.AZ

📅 04.10.2016 19:48


Və hər kəs bir gün gedər... - ESSE | MANERA.AZ
MANERA.AZ Dəniz Pənahovanın Essesini təqdim edir:

Yumru qazanı günəş qızdırdıqca içindəki bizlər də qovrulurduq. Dördkünc qazana rast gəlməsəm də, biz yumrunun içində dördkünc evlər qurub yaşayırdıq. Qarışqadan tək fərqimiz qışda da ora-bura qaçmağımız idi. Bunu hər səhər Məhəbbət xalanı pəncərədən izlədikcə hiss edirdim. Elə qarışqa boyda boyu vardı. Hər səhər onu izləmək üçün erkəndən dururdum. Bu maraqlı əyləncəyə çevrilmişdi. Səhəri acı məhəbbətlə açırdım. Məhəbbət xala bəzən Akira Kurasavanın çəkdiyi “Yaşamaq” filmindəki Watanabe obrazına dönüşürdü gözümdə. Hər səhər külək əlindəki kağızları sovurduqca əyilib götürmür,əli ilə veyilcəsinə başını yellədib tələsə-tələsə kağızları gözdən keçirirdi. O, qaz idarəsində işləyirdi. Bütün qonşuların “levi” qazını idarəyə xəbər verir, sonra da sinsi baxışlarla gülürdü üzümüzə...

Bu səhər onu izləmək üçün Yutubda klassik Yapon ifalarından birini qoyub, özümü 50-ci illərdə “Yaşamaq” filminin içində hiss etmək istədim. Yaza bilməyəndə bəzən fırçanı götürüb Məhəbbət xalanı çəkmək istəyirəm. O döngəni dönüb gözdən itəndə gülüb ifanı dəyişdim. Sən bir heçsən Məhəbbət. Azacıq yaşa nə olar- deyib bağırdım arxasından. Sözlərim divarlara dəyib qulağımda cingildədi. Ardınca türk ədəbiyyat saytlarından birinə girib mədəniyyətlə qarnımı doyurmaq istədim. Gözümü yumub bir müəllif seçdim; İlhan Berk!

Nəticəsi olduğum nənəmlə eyni ildə doğulub, eyni gündə ölən bu şair gözlərimi ekran arxasından bərəltdi. Onun haqqında bizim dildə çox az material tapdım. Və qərara gəldim ki, sizlər də onu tanıyasınız.

VƏ HƏR KƏS BİR GÜN GEDƏR, İNSAN ÖZÜYLƏ QALAR SONUNDA

“Yazmaq bətbəxtlikdir, xoşbəxt insan yazmaz. Bu yer üzünü olduğu kimi görməyə əngəl olan və mənə bu yer üzünü cəhənnəm edən bu yazmaq işindən xilas olduğum, xoşbəxt olduğum bir tək şey var: rəsm çəkmək”

Dünən dağlarda dolaşdım, evdə yox idim. Günəş cibimdə bir bulud peydahladı. Daş kordu deyə yazdım. Ölüm gələcəksiz. Şeylərin yalnız adı var. və “Ad evdir” (kim söylədi bunu)

Dünən dağlarda dolaşdım, evdə yox idim. Bir uçurum bizə baxdı, uçurumun danışdığı ağlımdadı. Bu idi bizim özümüzə sonsuz olanı duyduğumuz.

Nəsnələr ki, zamanda var. Yağış yağmaya bilməz, daş düşməyə bilməz. Nə deyirdim, dünyanın düşüncələri yoxdur. Otların canı sıxılmaz. Karandaş özünü ağac sanır. Üfüq şanapipik quşu. Səni bilmirəm, bir heçə dönmək üçündür dünya. Onun üçün başqa bir son yoxdur. Bir heçə dönmək, bir heç olmaq ! Sonsuzluq dediyimiz budur. Hardan başlasam yenə ora gəlirəm. Mən gedirəm ölümə - o böyük cümləyə! Dünən dağlarda dolaşdım,evdə yox idim...

Payızda, noyabrın 18-i 1918-ci ildə Manisada doğulan Türk şairi İlhan Berk 28 Avqust 2008-ci ildə vəfat edib. Rəqəmlərdəki sehri görürsünüzmü? Adamı dəli edir...

Balıkesirdə müəllimlik təhsili alır, “Espiye” də iki il ibtidai siniflərə dərs deyir, sonra “Ankara Gazi Eğitim” İnstutuna qəbul olur. İnstutun Fransızca bölməsindən 1944-cü ildə məzun olan İlhan Berk 1945-55 illər arasında “Zonquldak” “Samsun” və “Kırşehir” də məktəblərdə fransızcadan dərs dedi. 1956-cı ildən etibarən “T.C. Ziraat Bankası” nın Nəşr bölümündə tərcüməçilik etdi.

Bu vaxt ərzində modern dünya şeirinin iki böyük şairi sayılan “Artur Rimbaud” və “Ezra Pound” un şeirlərini çevirərək kitab çıxardı. Həmin illərdə özünü bütünlüklə yazmağa həsr etdi. “Kül” adlı kitabı ilə 1979-cu ildə Tükr Dil Qurumu və “İstanbul” kitabı ilə də 1980 –ci ildə Behçet Necatigil şeir mükafatı qazandı. 1983 –cü ildə “Deniz eskisi” adlı kitabı ilə Yeditepe Şiir Armağanı 1988-ci ildə isə “Güzel Irmak” adlı kitabı ilə Sedat Simavi ədəbiyyat mükafatını aldı.

İlk şeirləri “Manisa Halkevi” nin “Uyanış” jurnalında dərc olunub. “Günəşi yandıranların salamı” adlı şeirini 17 yaşında yazan İlhan berk heca vəznindən istifadə edərək o dönəmin şeir anlayışına xas bir pessimizm daşıyırdı.

Simvolik şeirdən ilhamlanmışdı.

Dil anlayışı da hələ öz dönəmindən qopmamışdı, bunu da gənc bir şair olaraq təbii qarşılamışdılar.

1940-cı illərə doğru yeni ədəbiyyat anlayışı adlanan “Serveti Fünun” və bir çox ədəbiyyat dərgilərində yazıları yayınlanmışdı.
Və hər kəs bir gün gedər... - ESSE | MANERA.AZ


Baxış sayı - 2 764 | Yüklənmə tarixi: 04.10.2016 19:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031