manera.az
manera.az

Qısa, amma şah əsərlər ...| MANERA.AZ

Qısa, amma şah əsərlər ...| MANERA.AZ

Bəzi yazıçılar bir neçə sözlə böyük bir mənanı təsvir etməyi bacarırlar.

1.
İngilislər də ən kiçik hekayə üçün müsabiqə təşkil etdilər. Lakin müsabiqənin şərtlərinə görə hekayədə kraliça, Allah, seks, sirr kəlmələri iştirak etməliydi. Birinci yeri bu hekayənin sahibinə verdilər:

«Aman, Allah, — kraliça ucadan dedi, — mən hamiləyəm və kimdən olduğunu bilmirəm!»


2. Frederik Braun heç vaxt yazılmamış ən kiçik qorxulu hekayəni yazır:

«Yer kürrəsinin ən sonuncu insanı otaqda oturmuşdu. Qapını döydülər...»

3. O. Henri ənənəvi hekayəni təşkil edən — Giriş, kulminasiya, nəticəni ehtiva edən ən kiçik hekayənin yazılması müsabiqəsinin qalibi olmuşdur.
«Sürücü papiros çəkməyə başladı və benzin çoxmu qalıb deyə, benzin bakının altına baxmaq üçün əyildi. Ölənin (mərhumun) iyirmi üç yaşı var idi».

4. Bir dəfə Heminquey cəmi 6 sözdən ibarət istənilən oxucunu təsirləndirəcək bir hekayə yazaca biləcəyinə dair mərc gəlir və o, bu iddiada qalib gəlir:

«Uşaq çəkmələri satılır. Geyilməmiş».

5. Ən qısa avtobioqrafiya üzrə bir yaşlı fransız qadın qalib oldu.
"Əvvəllər mənim hamar dərim və qırışmış ətəyim (yubkam) var idi, indi isə — tərsinədir".

Tərcümə və tərtib: Fərid Abdullah.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031