manera.az
manera.az

Lənət, Oyanış yoxsa "Gilə"? - Safura Həsənzadə

Lənət, Oyanış yoxsa "Gilə"? - Safura Həsənzadə

Safura Həsənzadə

Adı beynimdə sual işarəsi yaradan bu hekayəni Əli Əkbərin monoton romanlarına, şeirlərinə bənzətmişdim, lakin marağım düşüncələrimi alt-üst edib hekəyəni oxumağa məcbur etdi. Söhbət Əli Əkbərin uzun hekayə adlandırdığı “Gilə”sindən gedir. Gilə, Oyanış yoxsa Lənət?

Hekayə xatirə şəklində yazılsa da yazıçının təhkiyələri, təxəyyülü oxucunu sıxmır, əksinə hekayənin sonuna doğru sürükləyir. Çağdaş ədəbiyyatımızın sərhədləri ölkəmizin sərhədlərindən çıxmadığı üçün hekayə nəsr nümunələri arasında hətta yenilik ola bilər.

İlk olaraq hekayənin adından başlayaq, niyə məhz Gilə? Axı gilədən çox hekayə oxucunu illərdir yatdığı yuxudan oyatmağa çalışır. Ad seçimi məhz yazarın kreativ olmasının göstəricisidir. Çünki hekayə başdan-başa bir lənət üzərində qurulub. Bəlkə də müəlllif vətənini tərk edib və qayıtmamaq haqqında düşünən qəhramınına haqq qazandırmaq üçün bir ana lənətini hekayənin əsas ideyasına çevirib. Elə məhz Gilə adı da bu ideyanın, yazıçı kreyativliyinin nəticəsidir.
İsveçrəni qarış-qarış gəzən müəllif nədənsə öz doğulub boya- başa çatdığı şəhər arasında oxşarlıq axtarmağa çalışır və qarşısına elə özü kimi Vətənindən uzaq düşmüş bir qəhramanı çıxır; Əlinin qatarda Azərbaycan dilində danışıb təsadüfən illərdir yurdundan, torpağından uzaq düşmüş həmvətəni ilə qarşılaşması kimi. Halbuki müəllif bunu romanın əvvəlində müxtəlif hadisələrlə təsadüf olduğunu anlatmağa çalışır.

Gilə hadisəsi də bu həsrətdən, bu təsadüfdən doğub yaranmışdır. Yəni, yazıçının təxəyyülü sərhədləri qırıb Gilənin simasında bir oyanışı ortaya qoyur.
Hekayəni çəkici edən nüanslardan biri də Martinin, yəni Əşrəfin müharibə illərindəki çəkdiyi əzab-əziyyətdir. Bu da oxucunu ağrıdıb yazıçı və oxucu arasında bir bağ yaradır, oxucu qəlbində patriotluq hisslərini oyadıb Martini vətənə qovuşdurmaq arzusu ilə hekayəni sonuna doğru addımlamağa məcbur edir. Martinin müharibə ilə bağlı xatirələri hekayənin insanı ovsunlayan hissələri də adlandırmaq olar.

Mənə elə gəlir ki, hekayənin adının “Lənət” adlandırılması doğru olardı, çünki hekayə başdan başa bir lənətin üzərində qurulub. Yetərin oğlunu lənətləməsi onu beş yaşlı Gilənin qatili adlandırması və “gedəsən qayıtmasan” kimi spesifik azərbaycanlı qadınların qarğışı, anasının lənəti hekayənin sonuna qədər qəhrəmanı izləyir.
Hekayə bir də məşhur xalq mahnımızda “Gəlmişəm otağına oyadam səni, Qaragilə” misrasını xatırladır. Əslində elə hekayə bir növ xatiratdan çox oyanışa səsləyən bir xarekter daşıyır, sadəcə hadisələr mətnin alt qatında gizlənib. Bundan başqa hekayə qaçqın düşmüş Martinin hadisələri ilə əslində Bakıdan həsrət düşən özünün dediyi kimi bütün “tamarzılara” ithaf edildib.

İndi isə ədəbiyyatımızın ölkəmizin sərhədlərindən kənara çıxa bilməmə səbəbini izah edək. Çağdaş ədəbiyyatımızda gənc nasirlərin çox az sayda, hətta bunu yox saya biləcəyimiz dərəcədə yazığı roman və hekayələrdə hadisələr Bakıdan kənarda cərəyan etmir. Obrazlar elə Azərbaycanda doğulur, tipik şəxsiyyət kimi formalaşır, burda yaşayır, burda da ölür. Bu qəhrəmanlar hardasa qorxaq da adlandırmaq olar, problemləri dünyəviləşdirməyib öz dünyasında özünü boğub problemlərinin quluna çevrilən obrazlardır. Lakin yazıçı savadsız, Laçından kənara çıxmayan Əşrəfi Martin olmağa qədər ucaldır, kiçik problemlərdən-lənətdən mükəmməl şəkildə qurtarmağa çalışır, beş yaşlı qızın itkisini Vətən müharibəsinə, Laçının işğalına çevirir. Müharibə şəraitində belə yaşamağın yollarını axtaran və müxtəlif dilləri öyrənməyi qət edən Əşrəf elə başqa ölkələrdə yaşamağın yollarını axtarır və ömrünün sonuna qədər İsveçrədə yaşayır. Lakin qəhrəmanın yaşadığı ölkələr, məkanlar adlar bir-bir Azərbaycandakı məkanlarla ad və görüntü olaraq oxşarlıq təşkil edir. Bu əslində müəllifin özünün obrazın dilindən Vətən həsrətini göstərir. Lakin yenə hekayənin qəhrəmanını bir lənət üzərindən geri qaytarmır, obraz anasından yəni Vətənindən incikdir, bunu hekayə dili ilə psixoloji hala gətirib onu günahkar adlandırır və Vətənindən uzaq düşməsinin ən böyük səbəbini Lənət adlandırır.

Ümümi təhkiyə isə mükəmməl şəkildə olmasa da, lakin müəllif oxucunu yetəri qədər İsveçrənin şəhərlərini gəzdirə bilmiş, qiyabi olsa da onu Avropa və avropalılarla tanış edə bilmişdir.

Bunları hekayənin müsbət yönləri adlandırmaq olar. Lakin müəllif dəfələrlə “Əşrəfin gözlərinə baxdım, gözləri dolmuşdu” kimi süni bildirişləri sanki oxucunu inandırmağa çalışır ki, Əşrəf etdiklərindən peşmandır və o Vətən həsrəti ilə alışıb yanır. Və ya 45-ci ildən Əşrəfin bir dəfə də olsun heç bir azərbaycanlıya ürək isindirməməsi, Əli ilə tanışlığı sonra ona həyat hekayəsini danışandan bir müddət sonra vəfat etməsi təsadüf adlandırsa da “fazla” təxəyyül olmuşdur.
Bundan başqa hekayənin əvvəlində Əşrəfin “Slava” markalı saata diqqəti yönəltməsi, Əşrəfin saatını gizlətməsi hekayəyə maraqdan çox sünilik qatıb. Lakin hekayənin sonundakı maraqlı maneralar oxucunu bezdirmir, əksinə oxucunu təsirdə saxlayır. Ümumilikdə isə bu hekayə ilə Əli Əkbər yaradıcılığının yeni mərhələsi başlaması deməkdir.

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031