manera.az
manera.az

İnsanlara mesaj vermək istədik ki... - MÜSAHİBƏ |MANERA.AZ


İnsanlara mesaj vermək  istədik ki... - MÜSAHİBƏ |MANERA.AZ
Müsahibimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinin tələbəsi, Akademik Milli Dram Teatrında səhnə maşinisti vəzifəsində çalışan, gənc vətənpərvər, istedadlı aktyor, yeni çəkilmiş “Bir qatilin etirafı” filminin ssenari müəllifi, baş rolun ifaçısı Ənvər Məmmədovdur.

Manera.az film haqqında söhbəti təqdim edir:


- Ənvər bəy, öncə bilmək istərdik bu filmin ideyası haradan ağlınıza gəldi və filmin əsas məğzi nədən ibarətdir?

- Filmin ideyası “Rezonans” verilişinə baxdıqdan sonra ağlıma gəldi. Film İlyas adli bir gəncin əzablı həyatından bəhs edir. İlyas hələ uşaq ikən anasini itirir. Sonrakı həyatında insanların laqeydliyi və onun həyat qarşısında çarəsizliyi İlyası oğru, sonda isə qatil olmağa vadar edir.

- Filmin ssenarisini yazarkən hansı hisləri keçirmisiniz və süjet xəttiylə sizin həyatınız arasında bir bağlılıq varmı, varsa necə?

- Öncə belə deyim ki, mən bu ssenarini yazanda çox kədərli hisslər keçirirdim. Ssenarini yazib neçə dəfə kağızı cırmışam. O yaşadığım hissləri, kini, nefriti sizə sözlərlə anlada bilmərəm. Onların hamısını filmdə rolumla və ssenarimlə göstərməyə çalışmışam. O ki qaldi süjet xettinin mənim həyatımla bağlılığına, bunu dahi aktyorumuz Hüseyn Ərəblinskinin sözləriylə izah edəcəyəm: “Men bu əllərimlə Dezdemonanın nazik boğazını deyil, bu dünyanın yoğun boğazından yapışıb boğmaq istəyirəm.” Men artiq istəmirəm ki, insanlar bir-birilərini boş yerə ittiham etsinlər. Mənasızca bir-birilərinə paxıllıq etsinlər. Artiq “Cənab Pul”-a görə canlar alınmasın.

- Filmi çəkərkən siz və komanda hansısa çətinliklərlə qarşılaşdız?

- Mən öncə bu filmdə bizə göstərdiyi köməkliyə görə “Max Film”-ə, sonra dostum Azər Şirinova (nəzərinizə çatdırım ki, Azər Şirinov bu filmdə həm icraçı prodüser, həm de aktyor kimi fəaliyyət göstərib ) və sonra dostlarım Elşən İsmayıla və Elçin Hacıya təşəkkürümü bildirirəm.

Çəkilişdə bizim ancaq çətinliyimiz məkan tapmaqla idi. Məsələn, çəkiliş üçün ev tapmaqda çətinlik çəkdik. Hə, bir də Tahir müəllimə və C. Cabbarli adına "Azərbaycanfilm" kinostudiyası rəhbərliyinə minnətdarlığımı bildirirəm. Çünki məhz “həbsxana səhnəsi”-nin pavilyonunu onlar bizə təşkil etdilər. Çəkilişə göstərdiyi köməyə görə Azərbaycan Texniki Universitetinə də təşəkkür edirəm.

- Filmin çəkiliş məqsədi nədir?

- Bu filmi biz rejissor Murad Abdullazadə ilə çəkməkdə fikrimiz “festival”-a təqdim etmək idi. Film hal-hazırda da festivaldadır. İnşallah nəticəsini görəcəyik. Bir də əsas məqsədimiz insanlara sosial mesaj vermək idi ki, məncə ona da nail olduq.

- Film heyyəti haqqında qısa məlumat verərdiniz, zəhmət olmasa?

- Filmin heyəti haqda bunu deyə bilərəm ki, filmin quruluşçu rejissoru gənc olmasına baxmayaraq, olduqca istedadlı bir insan - Murad Abdullazadədir. Ssenari müəllifi özüm, rejissor assistenti Emin Şamilov, rollarda isə mən, Aydın Əlili, Elşən Talıbov, Azər Şirinov, Məmməd Əliyev, Əzizə Həşimova, Lətafət Nuriyeva, Ümid İsmayılov, Emin Şamilov, Elvin Şərifov, Sənan Zeynallı və Cəlil Nəbiyevdir.

- Bu mövzularda yeni işlər görəcəkmisiniz, yoxsa planınızda daha fərqli mövzular var? Varsa hansılardır?

- Mən hal-hazırda iki yeni hekayə və ssenari üzərində işləyirəm. Biri “Son məktub” (bunu mən aprel ayında şəhid olan əsgərlərimizə həsr edəcəyəm) dağarı isə “Məzar daşı” adlanır (o da iki gəncin nakam sevgisindən bəhs edir).

- Ənvər Məmmədov filmdəki “İlyas” obrazının həyatını yaşasaydı necə davranardı, o damı İlyasın taleyini yaşayardı? Yəni barışarmıydı bununla?

- Gözəl sualdır. Təşəkkür edirəm, sualiniza görə. Mən elə özüm “İlyasam”. Amma bu həyatı yaşasaydım, barışardım, çünki hayqırmaqla heç nə düzəldə bilməzdim. Lakin yenə mübarizə edərdim. Özümün günahsız olduğumu sübut edərdim.

- Son olaraq filmin ssenari müəllifi və baş rolun ifaçısı kimi izləyicilərinizə və dəyərli xalqımıza nə demək istərdiniz?

- Sonda insanlara demək istəyirəm ki, çalışın heç kəsi boş yerə ittiham etməyin. Bir əməli etdikdə daima axirətinizi düşünün. Çünki bu dünyada olmasa da, o biri dünyada mütləq əməllərinizə görə cavab verəcəksiniz. Bir de heç kəsə pislik etməyin. Gec-tez etdiyiniz pisliklər bir gün gəlib özünüzə qayidacaq.

Çalışın bol-bol yaxşılıqlar edin. Unutmayın, nə olursa-olsun bu həyatda həmişə etdiyiniz yaxşılıqlar qalacaq.

- Sizə və filmin bütün heyətinə uğurlar diləyir, müsahibə üçün təşəkkür edirik!

FİLM:


Müsahibəni apardı:
Elşən İsmayıl






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31