manera.az
manera.az

Xoşbəxtlik xəstəliyə səbəb olurmuş... _MANERA

📅 10.03.2016 13:04

 Xoşbəxtlik  xəstəliyə səbəb olurmuş... _MANERA

BBC-nin xəbərinə görə, Zurix Universitetinin alimləri bildiriblər ki, qırıq qəlb sindromu olaraq tanınan “takotsubo kardiomiyopatiyası” adlı xəstəliyin səbəbi xoşbəxtlikdir.

Nəticələri “European Heart Journal”da yayımlanan araşdırmada 1750 nəfər iştirak edib.

Araşdırma zamanı ad günü qeyd edən, uşağını evləndirən, bir dostu ilə 50 il sonra görüşən, komandası qalib gələn və lotereya qazanan insanların ürəyinin normadan çox döyündüyü, nəfəssiz qaldığı məlum olub. Araşdırma qrupunun rəhbəri olan həkim Jelena Ghadri yaxşı və gülüş doğuran hadisələrin “takotsubo kardiomiyopatiyası” adlı xəstəliyi aktivləşdirdiyini bildirib. Bu xəstəlik yaxşı və pis hadisələr zamanı yaranan ürək problemidir.

İnsanlar qısamüddətli sinə ağrısı hiss etdikləri zaman infarkt keçirdiklərini düşünürlər.


Baxış sayı - 1 889 | Yüklənmə tarixi: 10.03.2016 13:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930