manera.az
manera.az

Üzunömürlü olmaq istəyirsənsə... |MANERA.AZ

Üzunömürlü olmaq istəyirsənsə...  |MANERA.AZ


Alimlərin tövsiyəsinə əsasən, ömrü uzatmaq üçün gündə heç olmasa yarım saat sevimli ədəbiyyatın mütaliəsinə vaxt ayırmaq lazımdır.

Kitabsevərlər mütaliə sevgisi hesabına ömürlərini iki il uzadırlar. Yel Universitetinin alimləri bu qənaətə gəliblər.

MANERA.AZ xarici KİV-lərə istinadla xəbər verir ki, təcrübədə yaşı 50-dən yuxarı üç min beş yüz nəfər iştirak edib. Onları mütaliəyə sərf etdikləri vaxtın müddətinə görə fərqlənən üç qrupa ayırıblar. Birinci qrupa mütaliəyə həftədə 3,5 saatdan çox, ikinciyə 3,5 saatdan az vaxt ayıran adamlar daxil olub. Üçüncü qrupdakı adamlarda kitab oxuma vərdişi olmayıb.

Tədqiqatçılar əldə olunan məlumatları təhlil edərək bu nəticəyə gəliblər ki, oxu zamanı qazanılan informasiya insanın əhval-ruhiyyəsinə və onun yaşadığı illərin sayına nəzərəçarpacaq dərəcədə təsir edir.

Həm də sağlamlıq üçün qəzet və ya jurnal yox, bədii kitablar daha dəyərlidir. Alimlərin fikrincə, kitabsevərlər mütaliəni bəyənməyən adamlardan orta hesabla 23 ay çox yaşayırlar. Ekspertlər əmindirlər ki, uzunömürlülər siyahısına əlavə olunmaq üçün insan sevimli kitablarına gündə azı yarım saat vaxt ayırmalıdır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031