manera.az
manera.az

Xalq şairi ilə bağlı kitab sərgisi açılıb

📅 12.08.2016 12:13

 Xalq şairi ilə bağlı kitab sərgisi açılıb
MANERA.AZ
Bu gün çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olan Xalq şairi Qabilin 90 illlik yubileyi qeyd olunur

Yaradıcılığı ilə müasir Azərbaycan ədəbiyyatını daha da zənginləşdirən şairin xalqın keçmişindən, bu günündən bəhs edən, böyük təsir gücünə malik, həyat həqiqətlərinin realist təsvirini verən əsərləri bu gün də maraqla oxunur.

Onun məşhur “Ümid sənədir ancaq, Azərbaycan əsgəri”, “Səhv düşəndə yerimiz” kimi şeirləri nəsillər dəyişsə belə, yəqin ki heç vaxt unudulmayacaq.

Yubiley günü ərəfəsində mərhum Xalq şairi ilə bağlı müxtəlif tədbirlər keçirlir.

Qeyd edək ki, avqustun 11-də Milli Kitabxanada Qabilin 90 illiyi münasibətilə “Qabil-90” adlı kitab sərgisi də açılıb.


Baxış sayı - 1 852 | Yüklənmə tarixi: 12.08.2016 12:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930