manera.az
manera.az

Qazax şairi Ğalım Mutanovun şeirləri - İLK DƏFƏ /MANERA.AZ/

Qazax şairi Ğalım Mutanovun şeirləri - İLK DƏFƏ   /MANERA.AZ/
ĞALIM MUTANOV

Lap bu yaxınlarda Haqqa qovuşmuş şair və tərcüməçi Nizami Zöhrabinin son işlərindən biri tanışmış qazax şairi, coşqun təbə malik söz adamı Ğalım Mutanovun yaradıcılığından seçmələrin dilimizə tərcüməsi idi.

Manera.az həmin şeirlərdən bir qismini oxuculara təqdim etməklə N.Zöhrabinin xatirəsini anır, Ğalım Mutanovu ilk dəfə Azərbaycan poeziyasevərlərinə tanıdır:


ZAMAN

Zaman keçər, hər şey köhnələr,
Fəqət səssiz dəyişməyə
Məruz qalaraq
Əvəzlənər yenisiylə.
Zaman keçər,
İnsan köçər.
Ancaq yenə də yaşayar
Dəyişdirib yeni nəsillərlə yerini.
Zamanın hər dönəmi
Sıralanıb əvəz edər bir-birini.
Gedər öndəkilər,
Yetişər yeni nəsillər.
Davam edər bu xüsus
Bu fani dünyada.
Əbədiyyətin varlıqları dəyişər,
Sonra məlum olmayan zaman gələr.
Yerini dəyişdirərək
Gedərsən sən də bir gün.
Təzələnər bu dünya,
Təzələnər bu aləm dəyişərək bütün.

KAMİL ADAM

Ömrünün yarısı qaldı arxada,
İkinci yarısı hələ öndədir.
Süal ver özünə: necə yaşadım?
Bir bax, gör həyatın hansı yöndədir.

Yaşaya bilməzsən dünəni bu gün,
Keçən gün qayıdıb gəlməz bir daha.
Hansı iz buraxdı, düşün, keçən gün?
Bil, bu gün qoyulur təməl sabaha.

Ömrünün sonraya qalan günləri
Bir axar su kimi baş alıb gedər.
Həyatda buraxsan əgər yaxşı iz,
O zaman olarsan sən ən bəxtəvər.

Çəkmək istəməsən dünyada əzab,
Özün öz işinə diqqət ver müdam.
Babamız Abayın anlatdığı tək
Çalışsan olarsan bir Kamil adam!

TALE

Məkanımız qərar tutar
Göylə yerin arasında.
Bizim olar yerin təki,
Olsaq onun harasında.

Zaman ilə ölçülməyən
Heç nə yoxdur bu aləmdə.
Vida edərsən məkana
Zamanı yetişən dəmdə.

Təkcə ruhun uçar göyə,
Torpağa girəndə tənin
Soruşular ömür yolu
Tale adlı ifadənin.


YADA SALMAQ

Sağliğinda belə deyərdi nənəm:
“Siz yada salın bir-birinizi,
qonaq gedin bir-birinizə!”
Qorumaq üçün
aradakı mənəvi birliyi
belə təlqin olunurdu bizə
Qazax qonaqpərvərliyi.
Ta qədim zamandan bəri
adət belə olub bizdə,
Bilinib qonağın yeri.
Gətirmişik süfrəyə
nə varsa evimizdə.
Qoyarıq, heç baxmarıq
qonaq toxdur, yoxsa ac.
Nə də ki, soruçmağa
duymarıq bir ehtiyac.
Güvənmə bu ömrə çox,
bu gün varsan, sabah yox.
Açdığın süfrələrlə
qoysan dünyada beh sən,
Öləndə yad eyləyib
verərlər sənə ehsan.

ZAMAN GƏMİSİ

Keçir zaman gəmisi
Bu dünya dənizindən.
Hər kəsin həyat yolu
Bəllidir bənizindən.

Bu zaman gəmisinə
Ortaqdır hər birimiz.
Ortaqdır bu həyatda
Xeyirimiz, şərimiz.

Bu elə gəmidir ki,
Özü doldurar için.
Gərək dil tapasan,dil
Gəmidə qalmaq üçün.

Vaxt ortaq, hər şey ortaq,
Ancaq yoldur tək olan.
Olsa həyat, qayə tən,
Olmaz suda boğulan.

YANINDAYAM MƏN SƏNİN

Ələmlərlə baş-başa
Tənha gəzib dolaşdım.
Qəmimi vurub daşa
Mən özümlə uzlaşdım.
Yanında olmaq üçün
Pis hissələri də aşdım.

Olsam da uzaqlarda,
Hər zaman yanındayam.
Görsən də xəyallarda,
Səninlə iç-içəyəm.
Vadi-vadi dolaşıb
Yanına gələcəyəm.

Görüşəndə ikimiz
Sevinc qol açar bizə.
Bir araya gələndə
Nur yağar qəlbimizə.
Hər zaman yanındayam,
Hər zaman ordayam mən,
Güvən mənə, səninəm!

HƏYATI OLDUĞU KİMİ QƏBUL ETMƏK

Həyatı olduğu tək
qəbul etmək üçün,
Hər şeyin fərqinə varıb
dərinə getmək üçün
Düşünmək lazımdır,
düşünmək.
Həyatda yolundan
sapmamaq üçün,
Yox olub həyatdan
qopmamaq üçün,
“Necə gəldim?
Necə gedəcəyəm?” deyə
Ətrafındakı dünyaya baxsan,
hər şey olar yerində.
Yaşarsan,
Yaradarsan...
Dünyada cücərən ümidlərində...


ÜMİD

Minlərlə xəyalımız
Həvəslənə-həvəslənə uçarlar.
Qanad çalaraq göy üzündə
Arzulara yol açarlar.
Güc alarlar uca Ərşdən,
Əl açaraq baxarlar Aya.
Rabitə yaradarlar uzaqdan-uzağa,
Yaradanın qüdrətli əlini gözləyərək
Ümidlə baxarlar səmaya.
Bəndələrin arzuları olduqca çin,
qazandıqca uğur,
Onlarla bərabər
yeni-yeni arzular doğur.
Var bir də şübhəli ürəklər.
Həqiqətə sarı onlar çevirsələr üz,
Allahdan diləsələr,
Ümidlə qanaqlanarlar, sözsüz!..

XOŞBƏXTLİK ÜÇÜN YARANAN


Dünyaya gələn hər insan
Xoşbəxt olmaq üçün doğulur.
Hər kəsin istəyidir
Ona layiq olmaq,
Onun yolunu axtarmaq,
Ona nail olmaq.
Uçub şamdan-şama
Qonan pərvanə
Can atar ona.
Axtarar yorulmadan
Ona aparan yolu.
İstər ki, olsun xoşbəxt.
Ancaq bu yolu təyin edir
Hər bir insandakı bəxt.

KÖNÜL QUŞU

Könül quşu qanad açıb
Sonsuz səmada dolaşır.
Köksümə sığmır ürəyim,
Qalanır oda, alışır.

Uçmaqdan heç yorulmayır,
Könül quşu uçur, uçur.
Yüksəklərdə uçan zaman
İstəyini özü seçir.

Sürətlə uç, könül quşu,
Uç hər şeyin inadına.
Enmə yerə, yüksəyə qalx,
Al məni də qanadına!

ÖMÜR KİTABI

Günəşin doğub- batması ilə
Açılıb-örtülür
Ömrün hər səhifəsi.
Gündəlik işini
Hər kəs hər gün
Özü yazır.
O səhifələr birləşir,
Kitab olur hazır.
Kitabın qalınlığı
Deyil işin əsası.
Vacibdir
Onun mənası.
Onun içindəkidir
Kitabın möcüzəsi.
Açılanda görünür
Hər şeyin yeri.
Göstərir hər şeyi
“Əməl dəftəri”!


MANERA.AZ




Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728