manera.az
manera.az

"Gedə bilməyən adamın şeiri..." - Cəlil Cavanşir - MANERA

📅 18.05.2015 21:55


"Gedə bilməyən adamın şeiri..." - Cəlil Cavanşir - MANERA
Cəlil Cavanşirin yeni şeirini təqdim edirik
:


Gedə bilməyən adamın şeiri...

Hara çıxıb gedəsən?
Getməyə yer də yoxdu...
Vida etməyə adam
Sıxmağa əldə yoxdu...
Daha yazmaq da olmur bu boyda tənhalığı...
Bir az can sıxıntısı
Bir az nigarançılıq
Ürəyim boş, əlim boş
ağlayıram, susuram
Qapı zəngi çalınır, pəncərəyə qaçıram.
Daha darıxmaq olmur, adam kimi darıxmaq...
Mayın tam ortasında üşüyürəm, donuram.
Sıxır məngənəsində məni soyuq divarlar
Bu qapının o tayı günəşlidir, istidir
Hardasa çox uzaqda öləziyən ümid var
Ən böyük faciədir kişi ümidsizliyi...
Sən sonuncu ümidsən
Bu yadlar arasında
Bircə dəfə “getmə” de, qalım birgə yaşlanaq
Bircə dəfə dilindən gözəl səslənsin adım.
Yaxşı xatırlayıram sonunucu gedişimi,
Pencəyimi götürdüm getdim və qayıtmadım...
Bax, getsəm bu küçələr səni darıxdıracaq...

Manera.az


Baxış sayı - 8 338 | Yüklənmə tarixi: 18.05.2015 21:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031