manera.az
manera.az

Dünya şöhrətli aktrisa müsəlmanları təbrik edib MANERA.AZ

📅 07.06.2016 12:31

Dünya şöhrətli aktrisa müsəlmanları təbrik edib MANERA.AZ

Dünya şöhrətli aktrisa, Hollivudun gənc və qalmaqallı simalarından olan Lindsi Lohanın Ramazan ayı ilə bağlı paylaşımı ilə dünya mətbuatının diqqətini çəkib. Aktrisa tvitter hesabında Ramazan ayının hər kəs üçün xeyirli və uğurlu olmasını arzulayıb.

Qısa zaman ərzində onun müsəlmanların müqəddəs ayı barədə yazdıqları onlarla istifadəçi tərəfindən bəyənilib.

Bir müddət əvvəl katalon ailəsində böyüyən aktrisa "Qurani-Kərim" kitabı oxuduğunu etiraf edib. O, qısa müddətdən sonra yeni din qəbul edəcəyini bildirib. "Mən dinə çox bağlı insanam. Yeni biliklər üçün açığam. Amerika "Qurani-Kərim" kitabını olduğu kimi təsvir etmir", - Lindsi Lohan bildirib. Onun sözlərinə görə, hələ müsəlmanların müqəddəs kitabını oxumağa çətinlik çəkir. O, bir müddətdən sonra müqəddəs kitabı səlis oxumağa başlayacağını deyib.


Baxış sayı - 2 540 | Yüklənmə tarixi: 07.06.2016 12:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031