Xalq yazıçısı oxucularla görüşəcək MANERA.AZ
![]()
Mayın 17-də Azərbaycanın Xalq Yazıçısı Çingiz Abdullayev Berlində oxucularla görüşəcək.
MANERA.AZ-ın məlumatına görə, görüşdə yazıçının son kitabları, o cümlədən Qarabağ haqqında publisistik yazıları təqdim ediləcək. Görüş mayın 18-də Drezdendə keçiriləcək.
Mayın 20-21-də Çingiz Abdullayevin Varşavada görüşü olacaq. Orada yazıçının polyak dilində kitablarının təqdimatı, habelə oxucular və jurnalistlərlə görüşü keçiriləcək.
MANERA,.AZ