manera.az
manera.az

"Tülkü, tülkü, tümbəki" səhnədə | MANERA.AZ

📅 12.04.2016 11:06

"Tülkü, tülkü, tümbəki" səhnədə | MANERA.AZ
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni uşaq tamaşasının məşqlərinə start verilib.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, ən maraqlı uşaq şeirlərinin müəllifi Simax Şeydanın "Tülkü, tülkü, tümbəki" pyesi əsasında hazırlanacaq eyniadlı tamaşaya teatrın gənc və istedadlı rejissoru Gülnar Hacıyeva quruluş verəcək. Bədii rəhbəri xalq artisti Vaqif Əsədov olan tamaşanın quruluşçu rəssamı Elnur Axundov, bəstəkarı Rüfət Ramazanov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor assisenti Tacəddin İmanovdur.

Səhnə əsərində Zülfiyyə Alhüseynova, İradə Rəşidova, Aygün Fətullayeva, Nuranə Əhmədova, Natiq Fərzəliyev, Eldar İmanov, Elgün Yəhyayev, Eşqin Quliyev, Yusif Dadaşov, Elnur Əliyev, Elşən Şıxəliyev, Bəhram Həsənov, Anar Səfiyev və Aydın Dəmirov iştirak edəcəklər.

Yeni tamaşa öz azyaşlı izləyicilərinə birlik, dostluq, qəhrəmanlıq kimi nəcib xüsusiyyətləri aşılayır.

Turan Etibaroğlu,
Manera.az


Baxış sayı - 1 496 | Yüklənmə tarixi: 12.04.2016 11:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930