manera.az
manera.az

İçimdə bir hiss yıxıldı... | MANERA.AZ

📅 08.04.2016 12:27

İçimdə bir hiss yıxıldı... | MANERA.AZ
Ramilə Qardaşxanqızı
YIXILDI

İçimdə bir hiss yıxıldı...
Pis yıxıldı!
Əzdi məni,
Əzdi səni,
Əzdi bizə ümid verən
O dünəni,
Və sabahı...
Gözümdə bir yaş yıxıldı,
Kaş...
... Yəxıldı!
Ürəyimdə sənin adın,
Üstümdəki baş,
Yıxıldı!
Qırdı məni,
Qırdı səni,
Qırdı hələ doğulmamış,
Arzu adlı o körpəni.
Əlimdə bir əl yıxıldı,
Danışmadı dil,
Yıxıldı!
Əl tutmadı ətəyindən?
Dil qaçmadı köməyindən?
Bəs nə oldu,
Nə oldu ki,
Gələcəyim tez yoruldu?!

MANERA.AZ


Baxış sayı - 1 792 | Yüklənmə tarixi: 08.04.2016 12:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031