manera.az
manera.az

Arxamızca uluyan Petalan | MANERA.Z

Arxamızca uluyan Petalan | MANERA.Z
manera.azRamilə Qardaşxanqızı

O kökü kəsilmişlərin hamısı bilirdi ki, toxunan xalçalar,
qurulan evlər bir gün onların mülkiyyətinə çevriləcək



Torpaqlarımızın hər qarışı doğmamız, əzizimizdir, fəqət anadan olduğumuz, ilk dəfə dizimizi sinəsinə basıb süründüyümüz, iməklədiyimiz vətən dən atılanda doğma-ögey münasibət bəsləməyə başlayır insan. “Dizimi yerə qoyub filan işi görərəm” cümləsi əbəs yerə deyilməyib ki... İnsan dizini ilk dəfə iməkləyəndə, ilk əməyini, (Türkiyə türkçəsində emeklemek – Azərbaycan dilində əməkləmək) yeriməyi öyrənəndə yerə qoyar.

Xatirələr

Uşaq təxəyülü ilə canlandırdığım, arzusunda olduğum “Qarabağı” ilk dəfə görəndə kəndimizdən təzəcə qovulmuşduq. Heç vaxt görmədiyim yovşan qoxusu, artizan suyu, toz buğanağı xoşuma gəliri. Dübarə, hər yerin eyni tarazlıqda, düppə-düz olması məni heyran edirdi. Ağcəbədi – Haramı düzənliyində yerləşən fermamızda bir neçə ay yaşadıq və uşaq yaddaşımdan keçmiş, hətta kəndimiz belə silinmişdi. Təkcə yağtikanı ayağıma batanda “Qarabağı” sevmədim və doğma kəndimizi, hər daşına, hər qayasına bələd olduğum Cağazuru arzuladım. Zaman qaçdıqca anladım ki, ilanmələyən, toz-torpaqlı, yovşan qoxuyan o düzəngah əsil Qarabağ deyil. Kəndimiz isə bizdən uzaqlarda, doğma sakinlərinə və mənim kimi onlarca şuluq kənd uşaqlarının ayaq səslərinə həsrət idi.

O anlayan anladım ki, ömrümdən keçən daha yeddi il sadəcə zamanı qovmaqla məşğul olub, məni vətənimə qovuşdurmaqla yox...

Bir gün dözmədim, çovustan evimizin (qamışdan tikili) həyətində, tozun içində oturub ağlamağa başladım, “ kəndimizi istəyirəm” – dedim və düz üç gün çörək yemədim. Sonra anam da göz yaşıma öz gözlərindən nur qatıb, “sənin istədiyin bizdə yoxdu, apara bilmərik, oralara nəinki biz, heç kim gedə bilməz” – dedi. Səsi boğazından qırıq-qırıq, könülsüz çıxırdı. Beləcə, o zamandan bəri hələ də Qarabağı istəyirəm!
Dağlıq Qarabağı...

Sadəcə ayaqlarımı yerə çırparaq istəyə, ağlayıb hay-küy qoparda bilmirəm. Çünki dərdim məni özü ilə birlikdə böyütdü.

Unudulmazlar

Bəzən adama elə gəlir ki, vaxt keçdikcə bütün acılar unudulur. Hətta, “zaman hər şeyin əlacıdır” deyərkən də atalarımız dərdi-qəmi nəzərə alaraq ümid veriblər. Zaman bəzi şeylərin əlacı ola bilər, ancaq uşaqlıqda alınan yaraların əsla əlacı deyil və o məqamlar heç də unudulmur. Necə ki mən balaca olanda o müsibəti, bombar-dumanı, güllə yağışını, qan gölünü, yolların kənarına qalaqlanmış insan bədənlərini, rayonun diri gözlü alışıb yanmasını, kəndimizi belə unutduğumu sanmışdım. Ancaq biz böyüdükcə yaşadığımız hər şey bizimlə birlikdə böyüyür, bütün adsız duyğulara ad qoyulurmuş. Böyüdükcə həyatım surətləndi, öyrəndim ki, bəzi şeylər məhz unudulmamaq üçündür. Məsələn: 1987-88-ci illər olardı. Dığdan bizə te-tez qonaq gələn Joranın hündür, arıq bədənli, uzun ayaqlı anasının qırğı kimi yeriməsi, dil-dil ötməsi yaxşı yadımdadır. Əslində onun özü dumanlı, sözləri isə ap-açıq xatirimə gəlir. “Axci, neynursan bu qadar yorqan-döşəyu, hənələri bol elə, hənələri” deyə anama “məsləhət” verməyi vardı. Erməni qadınları nə bilirdi xalça xanası nədi, xalı toxumaq, palaz hörmək nədi? Həmdə o kökü kəsilmişlər hamısı bilirdi ki, toxunan xalçalar, qurulan evlər bir gün onların mülkiyyətinə keçəcək. Bu onların İbrahimxəlil Xan dövründən qurulan hiylələrinin davamı idi.

Doğrudan da gərək qəlbimiz VƏTƏNLƏ döyünsün ki, bu torpağın havasından udub, suyundan içməyə haqqımız çatsın. Çox olub bu torpağa xainlik edən və havasını, suyunu doya-doya nuş edənlər, amma vətənə xəyanət edənlərin vətən torpağına üzüsulu qovuşmayacağı dəqiqdir.

Mənsə bu torpağı ən az Petalan qədər sevmək istəyirəm. Düşünün və bu cümləyə dırnaqarası baxmayın. Çünki biz son dəfə kənddən çıxanda xalam Petalanı qarqaradan ayırdı, zəncirini də boğazından açdı ki, yazıq it bağda qalmasın, köçün arxasınca gəlsin. Adətən it belə etməliydi, amma bilirsiz nə oldu? Petalan bir həyətin o başına, bir bu başına göz gəzdirib yerindən tərpənmədi, eləcə arxamızca uladı.

Əminəm ki, biz gələndən sonra Petalan yenə öz missiyasına sadiq qalıb, o evi, o torpağı qorumaqçün yağıların üstünə qürurla hücum çəkib, var gücüylə hürüb və onu da bir “gülləyə” susdurublar. Ancaq ölüm zingiltisi belə düşməni vahiməyə salıb. Çünki o it sadəcə son missiya üçün deyil, sırf vətən eşqinə yurdda qalmışdı.

Ardı var...
MANERA.AZ



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031