manera.az
manera.az

DAK nümayəndə heyyəti Gürcüstanda soydaşlarımızın problemlərindən danışıb|MANERA.AZ

📅 29.03.2016 12:57

DAK nümayəndə heyyəti Gürcüstanda soydaşlarımızın problemlərindən danışıb|MANERA.AZ

DAK nümayəndə heyyəti görüşlər keçirib

DAK Mətbuat Xidmətindən MANERA.AZ-a verilən xəbərlərə görə, DAK-ın sədri Asif Qurban, DAK İdarə Heyətinin üzvü Xaqani Qayıblı və DAK-ın Gürcüstan Nümayəndəsi Leyla Məmmədova Gürcüstan Parlamentində bir neçə komitə sədri və deputatlarla rəsmi görüşlər keçiriblər.

Əslən Borçalı türklərindən olan Gürcüstan Parlamentinin millət vəkili Əli Məmmədovun təşkilatçılığı ilə baş tutan görüşlərdə əsasən Gürcüstanda yaşayan azərbaycanlıların üzləşdikləri bir çox problemlər müzakirə olunub.

İlk görüş Gürcüstan və Azərbaycan parlamentlər arası dostluq qrubunun rəhbəri Zurab Mekaladze ilə baş tutub.

Bu görüşdə DAK sədri Asif Qurban Gürcüstan və Azərbaycanın oxşar talelər yaşadıqlarını - hər iki dövlətin ərazilərinin başqa dövlətlər tərəfindən işğal olunduğunu vurğulayaraq, bu xüsusda siyəsi və içtimai təşkilatlarımızın bir-birinə dəstək vermələrinin zəruriliyindən danışıb. DAK sədri Gürcüstan Parlamenti İqtisadiyyat Komitəsinin sədri olan cənab Zurab Tkamaladzeilə görüşdə soydaşlarımızın məişətdə qarşılaşdıqları bir sıra maddi problemlərə diqqət göstərmələrini və lazımı tədbirlərin görülməsini vuğulayıb.

DAK İH üzvü, Xaqani Qayıblı görüşdə Azərbaycanlıların kompakt yaşadıqları Kvemo Kartili bölgəsinin Ermənistanla sərhəd olan kəndlərində bir sıra xoşagəlməz hadisələrin yaşandığını dilə gətirməklə yanaşı, həm də soydaşlarımızın yaşadıqları əksər kəndlərdə içməli və suvarma suların olmadığını, otlaq sahələrinin qeyri-qanuni olaraq zəbt edildiyini və bu problemlər üzündən Gürcüstanda yaşayan azərbaycanlıların həyat şəraitlərinin ürək açan olmadığına diqqət çəkib.

İkinci görüş Gürcüstan Parlamenti Yerli Özünüidarəetmə və Regional İnkişaf Komitəsi İrakli Tripolski ilə olub. DAK sədri Asif Qurban bu görüşdə azərbaycanlı iş adamlıarının son illərdə Gürcüstana qarşı artan maraqlarından və bir neçə iş adamlarının artıq bu ölkəyə yatırdıqları sərmayələrdən söhbət açıb. Ölkəyə yatırılan sərmayələrdən xəbərdar olduğunu deyən komitə sədri, bundan sonra qoyulan sərmayələrin daha da intensivləşməsi üçün əllıərindən gələn köməklikləri əsirgəməyəcəklərini və azərbaycanlı iş adamlarına xüsusi diqqət göstərəcəklərini dedi.

Uzun illərdir Estoniyanın Tartu Universitetində çalışan Xaqani Qayıblı Gürcüstanda yaşayan yeni nəsil soydaşlarımızın gürcü dilinə maraqlarından və artıq onların gürcü dilində universitet təhsili aldıqlarından danışıb. Bu gənclərin gələcəkdə dövlət strukturlarına cəlb olunmasında köməklik göstərmələrini və növbəti görüşlərində yardımcısının gənc azərbaycanlı olacağına ümidli olduğunu dilə gətirib. Bunun müqabilində komitə sədri ondan bu xüsusda yardımçı olmasını xahiş edib.

Görüşlərdə Güneydə yaşayan qırx milyonluq azərbaycanlılara rejim tərəfindən tətbiq edilən təzyiqlərə və son illərdə Urmu gülünün bilincli olaraq qurudulmasına qarşı lazım olan yerlərdə haqqın tərəfində olmaları və azərbaycanlıların üzləşdikləri haqsızlıqlara seyirci qalmamalırı dilə gətirilib.

Görüşün sonunda DAK sədri Komitə sədrinə Qarabağ xanəndələrinin ifasından ibarət audiodisk hədiyyə edib.



DAK nümayəndə heyyəti Gürcüstanda soydaşlarımızın problemlərindən danışıb|MANERA.AZ
DAK nümayəndə heyyəti Gürcüstanda soydaşlarımızın problemlərindən danışıb|MANERA.AZ
DAK nümayəndə heyyəti Gürcüstanda soydaşlarımızın problemlərindən danışıb|MANERA.AZ
DAK nümayəndə heyyəti Gürcüstanda soydaşlarımızın problemlərindən danışıb|MANERA.AZ
DAK nümayəndə heyyəti Gürcüstanda soydaşlarımızın problemlərindən danışıb|MANERA.AZ


Baxış sayı - 2 013 | Yüklənmə tarixi: 29.03.2016 12:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031