manera.az
manera.az

Bəzi sevgilər Savaşla qazanılır...

Bəzi sevgilər Savaşla qazanılır...
Zaman və uşaqlığa baxan xatirələr

Uşaq vaxtı çox istərdik.
Zaman keçsin.
Saatımız yox idi.
Atamız kasıb idi.
Zamanı bir qurardıq.
Qolumuzu dişləyib,
Saat formasına salarkən.
Bəlkədə tənhalığı qurarduq
Bir birimizə gülümsərkən.
Amma çox istəyərdik.
Günorta bizi yatmağa
Aparanda, zaman keçsin.
Həyətə düşüb oynamaq üçün darıxardıq.
Yuxudan qalxan kimi tez yemək yeyər,
Düşərdik oynamağa.
Yadına gəlirmi?
Həmişə gecikərdin.
Məndə bvunun qarşılığında,
Səni atar futbol oynamağa gedərdim.
Sora saqqız alarkən barışardıq .
Günləri belə verərdik yola.
Zaman işə gedirdi.Gedirdi.Gedirdi.
Məktəb vaxtı yetişdi.
Bir partada oturduğumuz halda.
Bulduq özümüzü..
Yadımdadı heç dostum yox idi
Lazımda deyildi yanımda, sən olandan sonra
Hərf yazmağıda sənlə öyrəndim.
Bilirsən Partamın üstündə .
Belə bir yazı cızılmışdı
“Bəzi sevgilər
Savaşla qazanılır”
Sonra zamanla anladım
Bu sözün anlamını.
Vaxt isə dayanmırdı,
Artıq son sinifdə idik.
Həmişə tapşırıqı yazmırdım
Gözüm görmür deyib,
Yanında oturmaq üçün.
Vaxt işini yenə görür.
Bizi ayıran Üniversitet həyatı oldu.
Sən başqa yerdə mən başqa yerdə.
Amma dərsdən qaçıb gələrdim,
Bircə üzünü görüm deyə,
Bir gecə hazırlaşdım
Saba sənə sevirəm seyim deyə.
Yaxşıda hazırlaşmışdım.
Amma elə gün öyrəndim.
Səni başqasına nişanlayıb.
Sevgimi qandallayıblar.
Toyunuda gördüm gözəlim
Vaxt gör hara gətirdi bizi.
Yox istəmirdim,
Belə zamanı,
Belə istəmirdim,
Indi Keçmiş xəyallara,
Uşaqlıq gözü ilə baxıram.

Bizi ayıran zamanı,
Biz özümüz çağırdıq.
Bax onda başladı
Uçmağa zaman.
Getdi.. getdi.. getdi
Təsbeh daşları kimi.
Qatarın qalxma vatınıda
biz çağırdıq.
Eyni qatarda ola-ola.
İndi nə oldu? Mən yalnızlıq hopmuş divarlara
Yalnızlıq sinfoniyasın notunu çəkirəm.
Biraz siqarətlə biraz içki ilə Yola
verirəm Zamanı.
Vicdan haqqı istəmirəm dönəsən
Çünki Xəstə adamları
Sağlamlar sevmir….


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031