manera.az
manera.az

“Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi davam edir

📅 06.10.2026 05:28

“Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi davam edir
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda həyata keçirdiyi silsilə seminarlar davam edir.

Layihənin əsas məqsədi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası əsasında Azərbaycan dilinin milli mədəniyyətdəki rolunun və mövqeyinin daha da möhkəmləndirilməsi, mediada Azərbaycan dilindən düzgün və səlis istifadənin təşviq edilməsi, eləcə də bu istiqamətdə maarifləndirmə və dil savadlılığının artırılmasına dəstək göstərməkdir.

Layihə çərçivəsində ikinci seminar 8 oktyabr 2026-cı il tarixində Azərbaycan Milli Kitabxanasında keçiriləcək.

Seminarda Xalq şairi, yazıçı, ictimai xadim Sabir Rüstəmxanlı iştirak edəcək.

Dil, milli kimlik və mədəni irs məsələlərinin müzakirə olunacağı tədbirə giriş sərbəstdir.


Baxış sayı - 42 | Yüklənmə tarixi: 06.10.2026 05:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031