manera.az
manera.az

Aktotı Raimkulova: Şuşa Qlobal Media Forumu Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır

📅 13.07.2026 10:06

Aktotı Raimkulova: Şuşa Qlobal Media Forumu Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır
“Biz kütləvi informasiya vasitələri, jurnalistika və kommunikasiya məsələlərinə həsr olunan çoxsaylı beynəlxalq sammitlərdə iştirak edirik. Lakin Şuşa şəhərində keçirilən Qlobal Media Forumu Türk dünyası üçün xüsusi əhəmiyyətə malikdir”.

Bunu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova deyib.

O qeyd edib ki, məhz buna görə də qlobal media ictimaiyyətinin nümayəndələri, dövlət xadimləri, eləcə də beynəlxalq təşkilatların təmsilçiləri üçün Azərbaycan Prezidenti İlham Əliyevin Forumdakı çıxışı xüsusi təəssürat yaradıb:

“Prezident çıxışında müasir kütləvi informasiya vasitələrinin cəmiyyətin həyatında, sülhün möhkəmləndirilməsində və beynəlxalq qarşılıqlı etimadın formalaşdırılmasında mühüm rolunu hərtərəfli vurğuladı. Bu fikirlər burada iştirak edən hər birimiz tərəfindən böyük rəğbətlə qarşılandı.

Belə möhtəşəm beynəlxalq tədbirin məhz Qarabağ bölgəsində, Şuşa şəhərində keçirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Biz Azərbaycanda həyata keçirilən genişmiqyaslı müsbət dəyişikliklərin şahidi olduq. Şuşada, Ağdamda, Xankəndidə, Xocalıda və Laçında inşa edilən yeni yaşayış məhəllələri, mədəniyyət, təhsil və elm müəssisələri, eləcə də müasir infrastruktur Azərbaycanın dirçəlişinin və sürətli inkişafının parlaq göstəricisidir”.


Baxış sayı - 77 | Yüklənmə tarixi: 13.07.2026 10:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031