manera.az
manera.az

Qazi Universitetində 7-ci Bakı Dünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş tədbir təşkil edilib

📅 10.06.2026 09:19

Qazi Universitetində 7-ci Bakı Dünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş tədbir təşkil edilib
İyunun 9-da Türkiyənin Qazi Universitetində Bakıda keçiriləcək 7-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı və panel müzakirəsi təşkil olunub.

Manera.az xəbər verir ki, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Qazi Universitetinin birgə təşəbbüsü ilə baş tutan tədbirdə diplomatlar, mədəniyyət xadimləri, tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri, müəllimlər və tələbələr iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Qazi Universitetinin rektor müşaviri professor Selami Candan Anadolu və Azərbaycanda müxtəlif sivilizasiyalara, din və inanclara mənsub insanların əsrlər boyu qarşılıqlı anlaşma şəraitində yaşadıqlarını vurğulayaraq, multikulturalizm ənənələrinin xalqların mənəvi zənginləşməsində mühüm rol oynadığını qeyd edib. Professor Selami Candan bildirib ki, forumun əsas mövzusu olan “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” müasir dövrün çağırışlarına cavab verən geniş strateji baxışı əks etdirir.

Tədbir çərçivəsində əvvəlcə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı videoçarx nümayiş etdirilib.

Daha sonra panel müzakirələri keçirilib. Paneldə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Qazi Universitetinin Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri professor Büent Aksoy, Türkiyə Strateji və Siyasi Araşdırmalar Vəqfinin (TÜRPAV) başqanı doçen Sinan Dəmirtürk çıxış edərək, “Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələri” və “Bakı Prosesi”nin əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat veriblər.
Çıxışlarda multikulturalizm sahəsində beynəlxalq təcrübə, Türkiyə və Azərbaycandakı tolerantlıq ənənələri, Azərbaycanın təşəbbüsü ilə yaradılmış əməkdaşlıq və dialoq platformaları müzakirə olunub.

Panelin moderatoru Qazi Universitetinin müəllimi doktor Şəhla İbişova olub.

Müzakirələr zamanı mədəniyyətlərarası dialoq, multikulturalizm, tolerantlıq, sülh mədəniyyəti və gənclərin qlobal əməkdaşlığın inkişafındakı rolu kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda panel iştirakçılarının iştirakı ilə sual-cavab sessiyası təşkil olunub.

Qeyd edək ki, Oktyabrın 27-dən 29-dək Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının (UN Touirsm) birgə tərəfdaşlığı ilə təşkil olunacaq.









Baxış sayı - 20 | Yüklənmə tarixi: 10.06.2026 09:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930