manera.az
manera.az

Sabir Rüstəmxanlının “Azərbaycan adından…” kitabı çapdan çıxıb

📅 21.05.2026 09:39

Sabir Rüstəmxanlının “Azərbaycan adından…” kitabı çapdan çıxıb


Manera.az xəbər verir ki,Azərbaycanın Xalq şairi, görkəmli ictimai-siyasi xadimi Sabir Rüstəmxanlının yeni kitabı işıq üzü görüb. Azərnəşrdə nəfis tərtibatla hazırlanan “Azərbaycan adından…” kitabında müəllifin xarici ölkələrə səfərləri ilə bağlı xatirələri yer alıb.


Həm Xalq şairi, həm millət vəkili, həm də Dünya Azərbaycanlıları Konqresinin sədri kimi fəaliyyət göstərən Sabir Rüstəmxanlı səfər etdiyi bütün ölkələrdə Azərbaycan davasını aparıb, Azərbaycanın və bütövlükdə Türk dünyasının sözünü çatdırıb. Kitabda yer alan qeydlər və müşahidələr bu baxımdan xüsusi maraq doğurur.

Müəllifin səfərlərlə bağlı düşüncələri də diqqət çəkir: “Yer kürəsinin gecəsindən gündüzünə və ya əksinə adladıqca elə bilirdim planet mənim əllərimdə fırlanır”.

“Azərbaycan adından…” kitabı həm də millət sevdalı şairin dünyaya təqdim etdiyi Azərbaycan haqqında düşüncələrinin və müşahidələrinin toplusudur.


Baxış sayı - 251 | Yüklənmə tarixi: 21.05.2026 09:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930