manera.az
manera.az

Sabir Rüstəmxanlının yeni kitabı nəşr olundu - FOTO

📅 30.10.2022 14:59

Sabir Rüstəmxanlının yeni kitabı nəşr olundu - FOTO
Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının yeni kitabı nəşr olunub.

MANERA.AZ xəbər verir ki, “Vətəndaşlığın əlifbası” adlanan irihəcmli bu əsər məzmununa, toxunduğu mövzulara görə “Ömür kitabı”nın davamı sayıla bilər.

Elmi-fəlsəfi fikirlər, xalqımızın taleyi ilə bağlı təhlillər, Vətən, millətlə bağlı düşüncələr toplanan bu kitab çağdaş Azərbaycanın ideoloji fikrınə əvəzsiz töhfədir.

Xalq şairi özü kitab haqda deyir:

“Vətəndaşlığın əlifbası” yurd və yurddaşlıq haqqında düşüncələrimdən doğub. Etno-psixologiya, milli ruh üzərində elmi araşdırma deyildir, öz həyat təcrübəmdən doğan sonuc və arzulardır. Bu düşüncələri oxuculara paylaşmağa dəyərmi? Bu sual məni uzun müddət düşündürüb. Sonda “hər damlada bir həyat, hər sözdə bir hikmət var!” deyimini xatırladım. Kimsəyə ziyanı dəyməz”.

Qeyd edək ki, “Vətəndaşlığın əlifbası”nın “Əli və Nino” kitab mağazalarından və “Qanun” nəşriyyatından əldə edə bilərsiniz.

Sabir Rüstəmxanlının yeni kitabı nəşr olundu - FOTO


Baxış sayı - 423 | Yüklənmə tarixi: 30.10.2022 14:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930