manera.az
manera.az

Sabir Rüstəmxanlıya Türkiyədən ədəbi ehtiram

📅 17.05.2026 20:32

Sabir Rüstəmxanlıya Türkiyədən ədəbi ehtiram

Türkiyənin “Güfte Edebiyat” jurnalının xüsusi sayı Xalq şairi, ictimai-siyasi xadim Sabir Rüstəmxanlıya həsr olunub.

Manera.az xəbər verir ki, xüsusi buraxılış yazıçının 80 illik yubileyi münasibətilə hazırlanıb.

“Dosye: Sabir Rüstemhanlı” adı ilə təqdim olunan xüsusi sayda Azərbaycan və Türkiyədən olan ədəbiyyatşünasların, şair və yazarların məqalələri, müsahibələri və elmi-publisistik yazıları yer alıb.

Nəşrdə Sabir Rüstəmxanlının poeziyası, milli düşüncə tarixindəki yeri, ictimai fəaliyyəti və türk dünyası ədəbiyyatına verdiyi töhfələr geniş şəkildə işıqlandırılıb.

Jurnalda eyni zamanda şairin şeirləri və müxtəlif əsərləri ilə bağlı təhlillər də oxuculara təqdim olunub.

Qeyd edək ki, jurnalın baş redaktoru Ayşe Ay, redaktoru isə Veli Aydır. Buraxılış Türkiyənin Dergipo platforması üzərindən satışa çıxarılıb.



Baxış sayı - 310 | Yüklənmə tarixi: 17.05.2026 20:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930