manera.az
manera.az

Mehmandarovların malikanə kompleksi-Yaddaş

📅 29.04.2026 18:09


Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində turistlərin ziyarət etdiyi məkanlardan biri də Mehmandarovların malikanə kompleksidir. Saray tipli tarixi yaşayış kompleksi XVIII əsrdə inşa olunub. Kompleksə böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaq daxildir.

2021-ci ilin oktyabr ayından etibarən kompleksdə, ərazidəki ailə məscidində və bulaqda təmir-bərpa işləri aparılıb. Görülmüş işlərdən sonra malikanə kompleksində muzey ekspozisiyası qurulub. “Qarabağ zadəganının evi” mövzusundakı ekspozisiya tərtib edilərkən XIX əsrin sonu – XX əsrin əvvəllərində Qarabağ zadəganının evinin interyeri, ziyalı şəxsin həyat tərzinin xüsusiyyətləri əsas götürülüb.

Malikanədəki otaqları milli əşyalarla yanaşı, avropasayağı məişət əşyaları da bəzəyir. Burada ziyarətçi özünü XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşamış azərbaycanlı zadəganının evindəki kimi hiss etmiş olur. Ekspozisiyanın tərtibatı zamanı 150-dən çox əntiq əşyadan istifadə edilib.


Baxış sayı - 100 | Yüklənmə tarixi: 29.04.2026 18:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031