manera.az
manera.az

Tuğ kəndinin tarixi ərazisi Qoruq elan edildi - Sərəncam

📅 16.06.2023 12:09

Tuğ kəndinin tarixi ərazisi Qoruq elan edildi - Sərəncam
Prezident İlham Əliyev iyunun 16-da “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb.

MANERA.AZ xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kəndinin tarixi ərazisi “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu" elan edilib.

Sərəncamda bildirilir ki, Azərbaycan xalqının böyük keçmişini özündə təcəssüm etdirən tarixi yaşayış məntəqələrindən biri Qafqaz Albaniyasının qədim irsinə aid mədəniyyət abidələrinin mövcud olduğu Tuğ kəndidir. Burada Qarabağ bölgəsinin ənənəvi memarlıq üslubuna xas dekorativ elementlərlə işlənmiş yaşayış evləri, bulaqüstü tikililər, sənduqə tipli qəbirlər və məbədlər vardır. Tuğ kəndi eyni zamanda zəngin təbii potensiala və ekoloji resurslara malikdir. Şuşa şəhərinə aparan Zəfər yolu üzərində yerləşməsi kəndin turizm baxımından inkişaf perspektivini də artırır.


Baxış sayı - 434 | Yüklənmə tarixi: 16.06.2023 12:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031