manera.az
manera.az

Şəkidə qədim yaşayış məskəni aşkarlandı

📅 13.09.2020 05:35

Şəkidə qədim yaşayış məskəni aşkarlandı
Şəkidə qazıntılar zamanı qədim yaşayış məskəninin qalıqları aşkar edilib.

Manera.az xəbər verir ki, ilk dəfə olaraq Fazıl kəndində qazıntılar zamanı arxeoloji dəstə qədim qəbirstanlıqla yanaşı qədim yaşayış məskəninin izlərini təstiqləyən artefaktlar tapılıb.

Beynalxalq arxeoloji ekspedisiya çərçivəsində qazıntı zamanı arxeoloqların diqqətini sarı rəngdə, orta ölçüdə torpaq qatı çəkib. Təmizləmə zamanı 2 min yaşı olan duluzçu sobası da üzə çıxıb.

Arxeoloji ekspedisiyanın rəhbəri Zaur Həsənov bildirib ki, aşkar olunan tapıntı unikallığı ilə seçilir: "Vaxtı ilə burada tapılan çoxlu sayda və bir-birindən zəngin gil qablar, mətbəx əşyaları gətirilmə deyil, məhz Fazıl kəndində istehsal olunub. İstehsal isə oturaq məskən, şəhər mədəniyyəti deməkdir".

Qeyd edək ki, tapılan əşyalar qeydiyyata alındıqdan sonra Fazıl kəndindəki "Labirint "adlanan yeraltı muzeydə nümayiş olunacaq. Tapıntıların kataloq və izahatı beynəlxalq nəşrlərdə çap ediləcək.

Fazıl kəndində arxeoloji qazıntılar gələn il də davam edəcək. /report.az/


Baxış sayı - 1 008 | Yüklənmə tarixi: 13.09.2020 05:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031