manera.az
manera.az

Türkiyənin Qars Qafqaz Universitetində professor Cahangir Novruzovla görüş keçirilib

📅 18.04.2026 09:52

Türkiyənin Qars Qafqaz Universitetində professor Cahangir Novruzovla görüş keçirilib
Türkiyənin Qars Qafqaz Universitetinin Gözəl Sənətlər Fakültəsində Azərbaycan Dövlət Sənətçisi, teatr və kinonun tanınmış nümayəndəsi, Adana Çukurova Konservatoriyasının professoru Cahangir Novruzov ilə teatr bölməsinin tələbələri arasında görüş keçirilib.

Universitetin Mirzə Fətəli Axundzadə salonunda təşkil olunan görüşdə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və fakültənin dekanı professor Mitat Turmuş iştirak edib.

Görüş zamanı teatr sənəti, Azərbaycan ilə Türkiyə arasında mədəni və teatr sahəsində əməkdaşlıqla bağlı mühüm məsələlər müzakirə olunub. Xüsusilə, Azərbaycan ədəbiyyatı və teatr əsərlərinin səhnələşdirilməsi, ortaq teatr layihələrinin hazırlanması və bu proseslərə gənc istedadların cəlb olunması istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Cahangir Novruzov tələbələrin suallarını ətraflı şəkildə cavablandırıb.

Məhəmməd,
Manera.az


Baxış sayı - 194 | Yüklənmə tarixi: 18.04.2026 09:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031