manera.az
manera.az

Azərbaycan mədəniyyəti Macarıstanda beynəlxalq auditoriyaya tanıdılıb

📅 26.03.2026 10:16

Azərbaycan mədəniyyəti Macarıstanda beynəlxalq auditoriyaya tanıdılıb

Macarıstanda Novruz bayramı ərəfəsində Azərbaycan mədəniyyətinin təbliği məqsədilə tədbir təşkil olunub.

Tədbir Azərbaycan-Macarıstan Məzunlar Birliyinin (AHAU) rəhbəri Gunay Bayramovanın təşəbbüsü ilə, Macarıstandakı azərbaycanlı diaspor gənclərinin təşkilatçılığı əsasında Obuda Universitetində keçirilib. Əsas məqsəd Azərbaycan xalqının zəngin mədəni irsini, milli adət-ənənələrini və Novruz bayramının dəyərlərini beynəlxalq auditoriyaya tanıtmaq olub. Tədbirdə müxtəlif ölkələrdən, əsasən macar və türkdilli xalqlardan olan 50-dən çox gənc iştirak edib.

Proqram çərçivəsində iştirakçılara Azərbaycan mədəniyyətinin müxtəlif elementləri təqdim olunub. Gənclər tərəfindən dahi bəstəkar Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” əsərindən səhnəcik təqdim edilib. Bununla yanaşı, tələbə Nərgiz Beydullayevanın ifasında milli rəqslərimizdən “Uzundərə” rəqsi nümayiş olunub.

Tədbir çərçivəsində Novruz bayramına xas milli atributlar, bayram süfrəsi, adət-ənənələr və inanclar xarici tələbələrə və macar qonaqlara əyani şəkildə təqdim edilib.

Bu kimi təşəbbüslər Macarıstanda yaşayan azərbaycanlı gənclərin birliyinin möhkəmləndirilməsinə, eləcə də Azərbaycan ilə Macarıstan arasında mədəni və humanitar əlaqələrin inkişafına mühüm töhfə verir.


Baxış sayı - 63 | Yüklənmə tarixi: 26.03.2026 10:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031