manera.az
manera.az

Nərgiz Kərimova Beynəlxalq festivala gedir

📅 09.06.2017 01:07

Nərgiz Kərimova Beynəlxalq festivala gedir


Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, Respublikanın Əməkdar artisti, Prezident mükafatçısı Nərgiz Kərimova Ukraynada keçiriləcək Beynəlxalq festivalda iştirak edəcək.

Nərgiz Kərimova 10-11 iyun tarixlərində V “O-FEST” 2017 Beynəlxalq Opera, Operetta və Müzkl festivalında ölkəmizi təmsil edəcək. Dünyada kifayət qədər böyük şöhrətə və nüfuza malik olan bu mötəbər tədbir Kiyev Akademik Operetta Teatrında keçiriləcək. V “O-FEST” 2017 Beynəlxalq Opera, Operetta və Müzkl festivalında bir çox Beynəlxalq müsabiqələrin laureatı olan Əməkdar artist Nərgiz Kərimova İmre Kalmanın dünyaca məşhur “Silva” operettasından Silvanın ariyasını alman dilində, Silva ilə Edvinin duetini isə Ukrayna təmsilçisi ilə Ukrayna dilində ifa edəcək. Xatırladaq ki, ötən il də bu Beynəlxalq festivalda iştirak edən N. Kərimova dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını və İmre Kalmanın “Maritsa” əsərindən Maritsanın ariyasını ifa etmişdi.
Qeyd edək ki, Kiyev Akademik Operetta Teatrında keçiriləcək V “O-FEST” 2017 Beynəlxalq Opera, Operetta və Müzkl festivalında Nərgiz Kərimova ilə yanaşı, dünyanın bir sıra ölkələrinin tanınmış sənətçiləri də çıxış edəcəklər.

Turan Etibaroğlu
MANERA.AZ


Baxış sayı - 1 643 | Yüklənmə tarixi: 09.06.2017 01:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031