manera.az
manera.az

Azərbaycanda kino sənaye parkı yaradılacaq

📅 21.03.2026 20:24

Azərbaycanda kino sənaye parkı yaradılacaq
Azərbaycanda kino sənaye parkı yaradılacaq.

MANERA.AZ xəbər verir ki, bunu Milli Məclisin keçirilən plenar iclasında “ Mədəniyyət haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatların suallarına cavab verən mədəniyyət nazirinin müavini Sədaqət Yusifova deyib.

O qeyd edib ki, mədəni və yaradıcı sənayelərin tərkib hissəsi kimi kino sənaye parkının yaradılması planlaşdırılır və bu park Cəfər Cabbarlı adına kinostudiyanın bazasında formalaşdırılacaq.

"Lakin bu layihənin Qobustan ərazisində həyata keçirilməsi mümkün deyil, çünki mövcud qanunvericilik məhdudiyyətləri buna imkan vermir”.

Nazir müavini qeyd edib ki, mədəni və yaradıcı sənayelərlə bağlı layihələrin xüsusilə bərpa olunmuş ərazilərdə pilot layihələr kimi, çoxfunksiyalı məkanlarda həyata keçirilməsi nəzərdə tutulur.


Baxış sayı - 680 | Yüklənmə tarixi: 21.03.2026 20:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031