manera.az
manera.az

Xocalıda “Xocalı soyqırımı” muzeyi yaradılacaq

📅 13.12.2020 09:52

Xocalıda “Xocalı soyqırımı” muzeyi yaradılacaq
Xocalıda “Xocalı soyqırımı” muzeyinin yaradılması nəzərdə tutulur.

Manera.az xəbər verir ki, bu barədə dekabrın 11-də keçirilən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında bildirilib.

Qeyd edilib ki, bu, AMEA tərəfindən hazırlanan Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı Tədbirlər planında öz əksini tapıb.

Tədbirlər planına əsasən, Şuşada Milli Azərbaycan Tarixi Muzeyinin Qarabağ tarixi filialının açılması, Qarabağ Geoloji Fondu Muzeyinin yaradılması da nəzərdə tutulur.


Baxış sayı - 502 | Yüklənmə tarixi: 13.12.2020 09:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930