manera.az
manera.az

Azərbaycanda Kino Agentliyi yaradılır

📅 20.04.2022 20:27

Azərbaycanda Kino Agentliyi yaradılır
Aprelin 20-də Prezident İlham Əliyev "Kino Agentliyi" publik hüquqi şəxsin yaradılması haqqında sərəncam imzalayıb.

MANERA.AZ xəbər verir ki, yeni qurum Mədəniyyət Nazirliyinin tabeliyində yaradılır.

Agentlik ölkədə kino istehsalının dəstəklənməsi, təbliği, informasiya texnologiyalarının tətbiqi və milli kinonun beynəlxalq arenaya inteqrasiyası üzrə fəaliyyət göstərməlidir.

Yeni quruma sədr və onun iki müavini daxil olmaqla, ümümilikdə Müşahidə Şurası rəhbərlik edəcək. Onun fəaliyyətinə cari rəhbərliyi baş direktor həyata keçirəcək.

Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi ölkə prezidentinə həvalə olunur.

Onun maliyyələşməsi dövlət büdcəsinin vəsaiti və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilməlidir.


Baxış sayı - 538 | Yüklənmə tarixi: 20.04.2022 20:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031