manera.az
manera.az

Yeni kino muzeyi yaradılacaq

Yeni kino muzeyi yaradılacaq
Dövlət Film Fondunda, Dövlət Kino-Foto Sənədləri Arxivində və digər bu tip arxiv və mənbələrdə kinematoqrafiyaya aid audiovizual materialların, foto və sənədlərin vahid reyestrinin yaradılması və qorunması nəzərdə tutulur.

Azərbaycan kinosunda əvəzsiz xidmətləri olan kino klassiklərinin Dövlət Film Fondunda və yaxud yeni yaradacağımız kino muzeyində fərdi guşələrinin açılması və onlara aid olan əşya və sənədlərin bu muzeydə toplanaraq qorunmasını planlaşdırırıq.

MANERA.AZ xəbər verir ki, bu fikirləri Azərtac-a müsahibəsində Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu deyib.

Onun sözlərinə görə, ARKA AMEA ilə birlikdə kino irsini təbliğ edən “Milli kino tarixi” çoxcildliyinin nəşri, kino xadimlərinin yaradıcılığını və avtobioqrafiyasını əks etdirən elektron antologiyanın hazırlanmasını da nəzərdə tutur: “Bir məsələni xüsusilə qeyd etmək istərdim ki, milli kinomuzun təbliğ edilməsi məqsədilə A kateqoriyalı festivallarda Azərbaycan pavilyonlarının açılması haqqında artıq mədəniyyət naziri tərəfindən də qərar verilib.

May ayında Kann festivalında Azərbaycan pavilyonlarının qurulmasına başlanılacaq. Ölkəmiz Kann festivalında yeni yanaşmamızın və yeni kino fəlsəfəmizin təqdimatı ilə təmsil olunacaq.

Həmçinin ölkə daxilində fəaliyyət göstərən telekanallarda təbliğat mexanizmi olaraq müxtəlif təyinatlı kino verilişlərinin hazırlanması, müstəqil kino və mədəniyyət portallarının dəstəklənməsi nəzərdə tutulur”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031