manera.az
manera.az

Türkiyənin Qazi Universitetində Xocalını anım proqramı təşkil olunub

📅 28.02.2026 12:52

Türkiyənin Qazi Universitetində Xocalını anım proqramı təşkil olunub
Tədbirdə açılış nitqi ilə çıxış edən Qazi Universitetinin rektoru prof. dr. Uğur Ünal, Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri dr. Füzuli Məcidli və Qazi Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin müdiri prof. dr. Bülent Aksoy Xocalı Soyqırımının bəşər tarixində qara ləkə kimi qaldığını vurğulayıblar.

Çıxış edənlər baş verən hadisələrin hüquqi baxımdan qiymətləndirilməsinin və ədalətin təmin olunmasının beynəlxalq ictimaiyyətin ümumi məsuliyyəti olduğunu bildiriblər.

Eyni zamanda qeyd olunub ki, Qarabağın işğaldan azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpasında tarixi dönüş nöqtəsi olub. Çıxış edənlər bölgədə davamlı sülh və sabitliyin təmin edilməsi istiqamətində qətiyyətin mövcud olduğunu da ifadə ediblər.

Bu fikirlər fonunda vurğulanıb ki, Azərbaycan revanşist mövqedən çıxış etmir, lakin keçmişi də unutmur. Sülh sazişi prosesinə başlayan tərəf kimi Azərbaycanın, Ermənistan da daxil olmaqla bütün qonşuları ilə davamlı, ədalətli və dayanıqlı sülhün tərəfdarı olduğu bildirilib.

Proqram panel müzakirəsi ilə davam edib.

Müzakirələr zamanı Xocalı hadisələrinin tarixi prosesi, bölgədə törədilən qeyri-insani vəhşiliklər, tarixdən dərs çıxarma məsuliyyəti və hadisələrin beynəlxalq hüquq çərçivəsində qiymətləndirilməsi məsələlərinə toxunulub. Həmçinin hüquqi prosesin mövcud vəziyyəti, eləcə də Xocalı Soyqırımının beynəlxalq media və dünya ictimaiyyətinin gündəmindəki yeri geniş şəkildə dəyərləndirilib.







Baxış sayı - 165 | Yüklənmə tarixi: 28.02.2026 12:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031