manera.az
manera.az

“Qodo həsrətində" - Yeni tamaşa

📅 18.02.2026 21:16

“Qodo həsrətində" - Yeni tamaşa
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Samuel Bekketin “Qodo həsrətində” pyesi əsasında hazırlanan eyniadlı tamaşasının oxunuş məşqlərinə başlanılıb.

Bu barədə MANERA.AZ-a teatrın mətbuat xidmətindən məlumat verilib.

Tamaşanın quruluşçu rejissoru Şövqi Hüseynov, səhnə tərtibatı Zaur Abasov, səs rejissoru Zaur Rəşidov, işıq üzrə rəssam Vadim Kuskov, rejissor assistenti Nəsibə Canəliyevadır.

Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Elnur Bəhramxan, aktyorlar Kərəm Hadızadə, Nurlan Süleymanlı, Hüseyn Bayramov, Lalə Qarayeva iştirak edirlər.

“Qodo həsrətində”nin əsas obrazları Vladimir və Estraqon bütün problemlərini həll edəcək Qodonu gözləyirlər. Onlar tənha və çarəsizdirlər. Bu acınacaqlı həyatın uzun müddət davam etmə ehtimalı, qorxu və ümidsizlik onları dəfələrlə təhlükəli addımlar atmağa sövq edir.

Qodonu gözləmək Tanrıya inamın bir formasıdır, həyatın xaosunda bir növ sığınacaq tapmaq cəhdidir.


Baxış sayı - 419 | Yüklənmə tarixi: 18.02.2026 21:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031