manera.az
manera.az

“Meri Poppins” tamaşasının oxunuş məşqlərinə başlanılıb

📅 04.02.2026 19:01

“Meri Poppins” tamaşasının oxunuş məşqlərinə başlanılıb
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Pamela Treversin “Meri Poppins” nağılı əsasında hazırlanan eyniadlı tamaşanın oxunuş məşqlərinə başlanılıb.

Teatrdan MANERA.AZ-a bildirilib ki, birhissəli səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Nisə Həsənova, musiqi tərtibatı Aygül Quliyeva, rejissor assistenti Nəsibə Canəliyevadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.

Tamaşada Aydan Həsənzadə, Xaliq Bəkirov, Zemfira Əbdülsəmədova, Elşən Şıxəliyev, Zümrüd Quliyeva, Xəyalə Qasımova, Hüseyn Bayramov iştirak edirlər.

Meri Poppins heyvanların və quşların dilini başa düşür, bir çox heyrətamiz sirləri bilir və hətta uçmağı da bacarır. O, nağıl qəhrəmanlarını özünün sehrli dünyasına aparır, müxtəlif sirli məkanlarda gəzdirir. Müəllif Merinin simasında uşaqlarla səmimi olmağı, onların kövrək dünyasına səyahəti təqdim edir.



Baxış sayı - 489 | Yüklənmə tarixi: 04.02.2026 19:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930