manera.az
manera.az

Anarın “Adamın adamı” pyesinin məşqlərinə başlanılıb

📅 18.03.2023 12:28

Anarın “Adamın adamı” pyesinin məşqlərinə başlanılıb
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Anarın “Adamın adamı” pyesinin (bəstəkarı Xalq artisti Vasif Adıgözəlov) məşqlərinə başlanılıb.

Teatrdan MANERA.AZ-a bildirilib ki, ilk məşqdə Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev səhnə əsəri barədə yaradıcı heyətlə fikir mübadiləsi aparıb.

Vaxtı ilə mərhum rejissor Faiq Zöhrabovun quruluşunda teatrın repertuarında yer alan eyniadlı tamaşanın rəğbətlə qarşılandığını diqqətə çatdıran Ə.Lalayev həmin tamaşa barədə xatirələrini bölüşüb.

O, yeni quruluşda hazırlanan tamaşanın rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov başda olmaqla, hər kəsə uğurlar arzulayıb.

Qeyd edək ki tamaşada Xalq artistləri Fatma Mahmudova, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Çingiz Əhmədov, Şövqi Hüseynov, Almaz Ələsgərova, İqrar Salamov, aktyorlar Nicat Əli, Ülviyyə Əliyeva, Türkel Tariqpeyma, Hüseyn və Gültac Əlililər, Şaban Cəfərov, Gülcahan Salamova, Elxan İsmayılov, Ruslan Mürsəlov, İbrahim Əlizadə, Hidayət Əliyev, Nigar Qarayeva və Cəbrayıl Cəbrayılov iştirak edəcəklər. Bu mövsümdən Musiqili Teatrla əməkdaşlığa başlayan tanınmış aktrisa, Əməkdar artist Dilarə Əliyeva da “Adamın adamı”nın əsas ifaçıları sırasında olacaq.

Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, rejissoru Elməddin Dadaşov, konsertmeysteri Fidan Əliyeva, rejissor assistenti Tamilla Aslanovadır.


Baxış sayı - 447 | Yüklənmə tarixi: 18.03.2023 12:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031