manera.az
manera.az

Birinci Türkoloji Qurultayın 100 illiyinə dəyərli töhfə

📅 18.02.2026 18:47

Birinci Türkoloji Qurultayın 100 illiyinə dəyərli töhfə
Qarabağ Universitetinin Elmi Şurasının qərarı ilə, Universitetin Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elçin İbrahimovun “Birinci Türkoloji Qurultayda ortaq əlifba, imla və ədəbi dil məsələləri” adlı monoqrafiyası nəşr olunub.

MANERA.AZ xəbər verir ki, tədqiqat əsəri 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilib və Qurultay çərçivəsində müzakirə olunan ortaq əlifba, imla və ədəbi dil problemlərini tarixi mənbələr və elmi yanaşmalar əsasında sistemli şəkildə təhlil edir.

Əsərdə əlifba islahatları, latın qrafikasına keçid təşəbbüsləri və yazı birliyi ideyasının formalaşmasına xüsusi diqqət yetirilir.

"Monoqrafiya üzərində uzun zamandır işləyirdim və Qurultayın 100 illiyində əlifba və imla məsələləri ilə bağlı bu günə qədər deyilməyən, göstərilməyən faktları tədqiqat əsərində ortaya qoymaq istədik. Bundan başqa bir çox yeni faktlar da vardır ki, onlarla da kitabı oxuyanda tanış olacaqsınız" - deyə müəllif bildirir.

Monoqrafiyanın elmi redaktoru professor Vilayət Quliyev, rəyçiləri professor Ədalət Tahirzadə, professor Ahmet Buran, yazıçı-publisist Azər Turan, filologiya elmləri doktoru, dosent Əzizağa Nəcəfov, redaktoru filologiya üzrə fəlsəfə doktoru Elmira Babayevadır.

Nəşr MİMTA yayımlarında işıq üzü görüb, nəşrə məsul Əsəd Aslanoğludur.


Baxış sayı - 1 053 | Yüklənmə tarixi: 18.02.2026 18:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031