manera.az
manera.az

“Ulduz” jurnalının 2026-cı ilin ilk sayı çap olunub

📅 30.01.2026 17:18

“Ulduz” jurnalının 2026-cı ilin ilk sayı çap olunub
“Ulduz” jurnalının 2026-cı ilin ilk - yanvar-fevral sayı işıq üzü görüb.

MANERA.AZ xəbər verir ki, jurnalda Azər Turanın “Birinci Türkoloji Qurultay – film kimi bir hadisə” yazı dərc olunub.

Dərgidə “Birinci Türkoloji Qurultay” (1926, Bakı) nümayəndələri haqqında ətraflı məlumat verilir.

Əli bəy Hüseynzadənin Birinci Türkoloji Qurultayda yazdığı qeydlər yüz ilin o üzündən günümüzə körpü salır.

Elnarə Akimovanın “Yüz ilin ədəbiyyat yolçuları” yazısı Türk dünyasının birliyi uğrunda qudsal yola çıxan insanların fədakarlığından söz açır.

“Ulduz”un bu sayında Aqil Abbasın “Rəmiş” povesti də oxuculara təqdim olunur.

“Dərgidə kitab”da Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” (3-cü yazı) araşdırması yer alır.


Baxış sayı - 618 | Yüklənmə tarixi: 30.01.2026 17:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031