manera.az
manera.az

"Şah Abbas-namə"nin səhnə uğuru - Təranə Feyzullayeva

📅 17.02.2026 10:42

"Şah Abbas-namə"nin səhnə uğuru - Təranə Feyzullayeva
Bu tamaşaya mütləq baxmalıydım... Çox geciksəm də... Tarixi yaddaşım yenilənməli və müasir müstəvidən boylanaraq fikirlərimi bölüşməliydim... Yığcam, sadə, hər bir oxucunun qəlbinə sirayət edəcək qədər bir yazıda...

Söhbət, Gənc Tamaşaçılar teatrının İlqar Fəhminin yazdığı respublikanın əməkdar artisti Nicat Kazımovun quruluş verdiyi Şah Abbas Namə tamaşasından gedir. Tarixi bir əsərin səhnə həlli əslində çətin görünsə də, tamaşaçıya asanlıqla ötürülür... Səhnədə qurulan şahmat dekoru rejissorun maraqlı tapıntısıdır ki, bizə lazımı mesajı ötürə bilir.

Nicat Kazımovun rejissor olaraq öz dəstt xətti var ki, onu diqqətlə izləyən tamaşaçı buna yaxşı bələddir. Aktyor seçimi mütləq ki, zərgər dəqiqliyi ilə seçilir, musiqi az qala ayrıca obraza çevrilir, səhnələr dinamikliyi ilə maraq kəsb edir və s... Hələ üstəlik rejissorun tamaşada aktyor kimi səhnə alması, bax bu da alışdığımız və gözlədiyimiz yaxşı məqamlardan biridir.

Dördhissəli tarixi dram "Şah Abbas namə" tamaşası Səfəvi imperiyasının iqtisadi və siyasi baxımdan yüksəliş dövründə 16 yaşlı Şah Abbasın hakimiyyətə gəlişindən, bu çətin yolda apardığı mübarizələrdən, dövlətin ərazi bütövlüyünü hər səylə qorumaq cəhdindən bəhs edir.

Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, musiqisi Aygül Quliyeva, rejissor Səbinə Məmmədzadə, rejissor assistentləri Fuad Cavadzadə, Nəsibə Canəliyeva idi.

Aktyorlara gəldikdə isə, Gənc aktyor Mirsənan Kazımlı öz qəhrəmanı ilə obrazda o qədər bütövləşir ki, tamaşaçını elə ilk səhnədən inandırır ki, bu da aktyorun çoxşaxəli istedadına sübutdur. Təəcüblü deyil... Çünki atasının istedadından lazımınca bəhrələnib.

Aktyor Niyaz İlyasoğlu tamaşaçılara kino və seriallardan yaxşı tanış olsa da, teatrda fərqli performansa nail ola bilir. Obrazının mahiyyətini anlayaraqdan yola çıxır və əlbəttə ki, bu yolda uğur qazanır. Mənim teatrda aktyorla ilk görüşüm idi və maraqla izlədim.

Digər aktyor Elnur Kərimovu qeyd etmək istərdim. Onu izləmək çox maraqlı idi. Uzun illər teatrda maraqlı rollar yaradan aktyorun obrazına yanaşma tərzi daha fərqli idi. Sambalı, yaraşığı, duruşu, baxışı sanki zərrə, zərrə öz obrazında cəmləşərək vahid bir xarakterin öhdəsindən gəlməyə can atırdı... Ki buna da nail oldu.

Və nəhayət ki , sonda istedadlı aktyor, respublikanın xalq artisti Qurban İsmayılovu səhnədə gördük. Aktyor obrazının mukəmməlliyinə nail oldu və sanki rəssam incəliyi ilə hər ştrixi canlandırdı və tamaşanın yekununa öz möhürünü vurdu.

Və bunu o qədər ustalıqla bacardı ki, sözün mənasında Sevildi! Bu da qətiyyən təəcub doğurmur... Çünki Hüseynağa Atakişiyev məktəbi keçmiş bir aktyor yalnız və yalnız böyük uğurlara imza ata bilər.

Daha bir neçə aktyoru xüsusi qeyd etməyi özümə borc bilirəm. Manaf Dadaşov obrazını oynamadı, yaşadı və o yaşantını ustalıqla tamaşaçıya ötürə bildi. Aktyor Kərəm Hadızadə bu tamaşada da professionallıq nümayiş etdirdi, aktyor Rasim Cəfəri daha çox kinoda sevsək də teatrda müntəzəm oynadığı müxtəlif tamaşalarla öz sözünü deməyi bacarır. Çünki yaxşı bilir ki, teatr aktyor üçün əsl məktəbdir.

Aktyor Nurlan Süleymanlı öz maraqlı obrazı ilə tamaşanın koloritini daha da artırdı. Bu obraz, gözlədiyimiz bütün gedişatı dəyişdi. Aktyor olaraq isə qeyd edək ki, indilərdə həm filmlərdə yaratdığı maraqlı rollarla birlikdə teatrda da bu onun növbəti uğuru idi.

Özünəməxsus yanaşması, obrazına aid xüsusi fərqli baxışları ilə aktyor, təbii ki, seçilirdi...

Tamaşada səhnədə görünən Eldar İmanov və Nofəl Vəliyev, Mətləb Abuşov, Anar Seyfullayev, Ceyhun Məmmədov, Elşən Hacıbabayev, Ramil Məmmədov, Vahid Orucoğlu, Elşən Şıxəliyev, Rəşad Səfərov, Elgün Yahyayev, Anar Sadıqov, İlhan Sadıqov, Hüseyn Bayramov, Ramiz Nəsirov, Tahir İsmayılov, Vüqar Məmmədəliyev, Hilal Dəmirov, Xaliq Bəkirov, Yaşar Heydər kimi aktyorlar tamaşanın ümumi ahənginə xüsusi təsir edərək, tamaşada əsl tamlıq, bütövlük yaratdılar.

Tamaşa boyu "Hakimiyyət qurbanlar tələb edir" fəlsəfəsi hökm sürür...

Əcaba Nədən?

Elə tamaşanında əsl qayəsi düşündürmək, düşündürmək yenə Düşündürməkdir!

Düşünün cənablar, çünki düşünmək özü əməlin tam yarısına bərabərdir!

Təranə Feyzullayeva


Baxış sayı - 560 | Yüklənmə tarixi: 17.02.2026 10:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031