manera.az
manera.az

Gənc Tamaşaçılar Teatrı yeni mövsümə hazırlaşır

📅 29.08.2024 07:16

Gənc Tamaşaçılar Teatrı yeni mövsümə hazırlaşır
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı 97-ci mövsümünü sentyabrın 21-də açacaq.

MANERA.AZ xəbər verir ki, gündüz seansında teatrın balacalar üçün hazırladığı “Qaraca qız” (quruluşçu rejissor Cənnət Səlimova), axşam isə “Fiqaronun toyu” (Nicat Kazımov) göstəriləcək.

İlin sonunadək nəzərdə tutulan plana görə, yazıçı-dramaturq İlqar Fəhminin “Şahnamə” dramı əsasında eyniadlı tamaşa hazırlanacaq. Səhnə əsərinə Əməkdar artist Nicat Kazımov quruluş verəcək.

Bundan başqa, uşaqlar üçün Mirmehdi Seyidzadənin “Cırtdan” mənzum nağılı əsasında eyniadlı tamaşa hazırlanacaq. Səhnə işini Elşad Rəhimzadə ərsəyə gətirəcək.

Hələ ötən mövsümdə səhnə oxunuşlarına başlanılan “Mən Feyerbaxam” adlı monotamaşa da ilin sonunadək teatrsevərlərə təqdim olunacaq. Əsasən festival üçün nəzərdə tutulan tamaşa alman dramaturqu Tankert Dorstun eyniadlı pyesi əsasında hazırlanır. Nümunənin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Zaur Rəşidovdur. Monotamaşada Əməkdar artist Şövqi Hüseynov oynayacaq.


Baxış sayı - 312 | Yüklənmə tarixi: 29.08.2024 07:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031