manera.az
manera.az

Almaxanım Əhmədlinin Türkiyənin Kars şəhərində konserti keçirilib - Fotolar

📅 12.02.2026 19:17

Almaxanım Əhmədlinin Türkiyənin Kars şəhərində konserti keçirilib - Fotolar
Az.TV-nin və Beynəlxalq Muğam Mərkəzinin solisti, Türk Dünyasının sevimli gənc sənətkarı Almanım Əhmədlinin Türkiyənin Kars şəhərində tamaşaçıların istəyilə “ Sevgililər günü “ münasibətilə möhtəşəm konserti keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbir Azərbaycanın Kars şəhərindəki Baş Konsulluğunun dəstəyilə Uğurxan Uğurun rəhbərlik etdiyi “ Beyzadem” şirkəti tərəfindən təşkil olunub.

Ədəbi- bədii gecə Karsda fəaliyyət göstərən Azərbaycan Rəqs Ansamblının çıxışı ilə başlayıb. Konsertin aparıcısı Karsda bədii qiraətçi kimi tanınmış, Qərbi Azərbaycan kökənli Çətin Adıgözəl ilk sözü Turanın Xalq Şairi, filologiya elmləri doktoru, professor Vüqar Əhmədə verib.

Tanınmış şair çıxışına Ümummilli Liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” tarixi- siyasi aforizminə istinad edərək başlayaraq xalqlarımızın, eləcə də prezidentlərimizin dostluğunu, qardaşlığını bir örnək adlandırıb və məşhur olan ”Azərbaycan“ şeirini oxuyub.

Daha sonra gənc müğənni Murad Rzayev “Qarabağın maralı” xalq mahnısını və Vüqar Əhmədin “Vətəndir” mətləli qəzəlini “ Dilkeş” muğamı üstündə ifa edib.

Konsert proqramı əhalisi əsasən Azərbaycan türklərindən ibarət olan karslılar və digər şəhərlərdən gələn fanatlar tərəfindən çox böyük maraqla qarşılanıb.

Tədbirdə həmçinin Kars şəhərinin rəhbər işçiləri, eləcə də Azərbaycanın Karsdakı Baş Konsulu Zamin Əliyev ailəsi ilə birgə iştirak edib.

Konsertin sonunda xatirə şəkilləri çəkilib.






Baxış sayı - 660 | Yüklənmə tarixi: 12.02.2026 19:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031