manera.az
manera.az

Dövlət qulluğuna qəbul imtahanında dəyişiklik edildi

📅 11.02.2026 20:56

Dövlət qulluğuna qəbul imtahanında dəyişiklik edildi
Dövlət qulluğuna qəbul imtahanının test proqramına dəyişiklik edilib.

Bu barədə MANERA.AZ-a DİM-dən məlumta verilib.

Bildirilib ki, dövlət qulluğuna qəbul üzrə müsabiqənin İnformasiya texnologiyaları üzrə test imtahanı proqramlarına müəyyən dəyişiklik edilib.

Belə ki, BB vəzifə qrupu üzrə proqrama "Əməliyyat sistemləri" bölməsi, AB vəzifə qrupuna aid proqrama isə "Microsoft Excel 2019 cədvəl prosessoru" bölməsinə aid olan Funksiya kateqoriyaları və MS Excel 2019 elektron cədvəlinin əsas funksiyaları və onlardan istifadə qaydaları mövzuları əlavə edilib.

Proqramdakı dəyişiklik 2026-cı il aprel ayından etibarən keçirilən imtahanların məzmununda əks olunacaq.

Proqramla tanış olmaq üçün aşağıdakı linkdə müvafik keçidə daxil olun:

//exidmet.dim.gov.az/dqq/Elan/TestImtProq


Baxış sayı - 418 | Yüklənmə tarixi: 11.02.2026 20:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930