manera.az
manera.az

Dövlət qulluğu imtahanında DƏYİŞİKLİK

Dövlət qulluğu imtahanında DƏYİŞİKLİK
Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının proqramına dəyişiklik edilib.

Bu barədə MANERA.AZ-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Aparılan araşdırmalar göstərir ki, dövlət qulluqçularının kompüter və internetdən təhlükəsiz istifadə üzrə baza bilikləri və bu sahədə müvafiq səriştələrinin kifayət qədər olmaması dövlət orqanlarında informasiya təhlükəsizliyi təminatına mənfi təsir göstərir.

Məsələnin əhəmiyyəti nəzərə alınaraq dövlət qulluğuna qəbul imtahanlarına informasiya texnologiyalarından (kompüterdən, internetdən, mobil telefondan) təhlükəsiz istifadəyə dair test tapşırıqlarının da daxil edilməsi məqsədəuyğun hesab edilib.

Bildirilib ki, dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının informasiya texnologiyaları üzrə proqramına müəyyən dəyişikliklər edilib və imtahan proqramına “İnformasiya təhlükəsizliyi” mövzusu da daxil edilib.

2023-cü il oktyabr ayından etibarən keçirilən imtahanlarda bu mövzuya dair test tapşırıqlarının da istifadə edilməsi nəzərdə tutulur.

İmtahana hazırlaşan namizədlər yenilənmiş proqramla DİM-in saytında tanış ola bilərlər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30