manera.az
manera.az

“ƏSA” Teatrı “Paris Notr-Dam” musiqili tamaşasını təqdim edəcək

📅 11.02.2026 20:42


"ƏSA" Teatrı Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk inklüziv teatrıdır. Bu il "ƏSA" Teatrı fəaliyyətinin 10-cu ilini qeyd edir. Teatrın heyəti artıq kifayət qədər peşəkarlaşıb. Əlilliyi olan aktyorlarımız illərin səhnə təcrübəsinə malikdirlər.

Bunu MANERA.AZ-a açıqlamasında "ƏSA" Teatrının təsisçisi Nihad Qulamzadə deyib.

O bildirib ki, teatrı digər teatrlardan fərqləndirən əsas cəhət onun inklüzivliyidir. Burada əlilliyi olan və olmayan aktyorlar birgə fəaliyyət göstərirlər və bu əməkdaşlıq peşəkar formada davam edir. Tamaşaların quruluşu, repertuarı, mövzu seçimi tamaşaçı sorğuları və aparılan analizlər əsasında müəyyən edilir.

"Aprel ayında Heydər Əliyev Sarayında "ƏSA" Teatrının “Paris Notr-Dam” musiqili tamaşası təqdim olunacaq. İlk dəfə olaraq yerli Azərbaycan tamaşası iki gün ard-arda bu səhnədə təqdim ediləcək. Hazırlıq işləri çox peşəkar və yüksək keyfiyyətlə aparılır", - deyə Nihad Qulamzadə deyib.


Baxış sayı - 407 | Yüklənmə tarixi: 11.02.2026 20:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930