manera.az
manera.az

ƏSA Teatrı beynəlxalq teatr festivalında iştirak edəcək

📅 07.12.2022 17:51

ƏSA Teatrı beynəlxalq teatr festivalında iştirak edəcək
Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı Türkiyənin İzmir şəhərində keçirilən 10-cu Beynəlxalq İzmir Teatr Festivalında Azərbaycanı təmsil edəcək.

MANERA.AZ xəbər verir ki, Türkiyənin Mədəniyyət və İncəsənət Fondu (TAKSAV) tərəfindən keçirilən festivala ƏSA Teatrı “Çıxış yoxdur” tamaşası ilə dəvət olunub.

Jan-Pol Sartrın “Bağlı qapı arxasında” pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, prodüseri Nicat Qulam, işıq rəssamı Binyamin Sailovdur.

Səhnə əsərində teatrın aktyorları Elşən Əsgərov, Lalə Süleymanova, Səmayə Qulamzadə, İmran Lalayev, Aysel Feziyeva, Amin Əsgərov və Gülçin Qasımova çıxış edirlər.

Teatrının kollektivi İzmir Sənət Mərkəzinin səhnəsinə dekabrın 10-da çıxacaq.

Bu il 10-cu dəfə keçirilən Beynəlxalq İzmir Teatr Festivalında Türkiyənin 25-ə yaxın teatrı ilə birlikdə Azərbaycan, Uruqvay, İraq, Ukrayna, Almaniya və digər ölkələrin nümayəndələri də iştirak edəcək.


Baxış sayı - 398 | Yüklənmə tarixi: 07.12.2022 17:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930