manera.az
manera.az

Vətən Müharibəsi iştirakçılarının ədəbi örnəkləri çap olunub

📅 06.02.2026 14:50

Vətən Müharibəsi iştirakçılarının ədəbi örnəkləri çap olunub
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "Vətən müharibəsinin qəhrəmanları ilə gənclərin görüşləri" adlı layihə çərçivəsində yeni kitab çap olunub.

MANERA.AZ xəbər verir ki, "Qəlb cəbhəsi" adlanan kitabda 44 günlük Vətən müharibəsinin iştirakçısı yazarların bədii yaradıcılıq nümunələri toplanıb.

Layihə rəhbəri İntiqam Yaşarın verdiyi məlumata görə, "Elm və təhsil" nəşriyyatında çap olunan kitabın eksperti şair-publisist, DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, redaktoru DGTYB-nin İdarə Heyətinin üzvü, gənc türkoloq Məleykə Mirzəli, tərtibçiləri və dizayneri DGTYB İdarə Heyətinin üzvləri Ayşən Rəhim, Şükür Əli və Sərvər Kamranlıdır.

Kitabın yaxın günlərdə Bakıda, Qubada və Sumqayıtda geniş ictimaiyyətə təqdimatı nəzərdə tutulur.


Baxış sayı - 527 | Yüklənmə tarixi: 06.02.2026 14:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930