manera.az
manera.az

Azərbaycanda ilk dəfə udmurt yazıçısının kitabı çıxıb

Azərbaycanda ilk dəfə udmurt yazıçısının kitabı çıxıb
Çağdaş udmurt ədəbiyyatının, mədəniyyətinin görkəmli nümayəndəsi, Xalq yazıçısı Vyaçeslav Ar-Serginin “Sonuncu hərbi əmr” kitabı Azərbaycanda nəşr olunub. Bu, nəinki müəllifin, ümumən udmurt ədəbiyyatının Azərbaycanda, o cümlədən Qafqazda gün üzü görən ilk kitabı olma özəlliyi ilə seçilir.

MANERA.AZ xəbər verir ki, Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ortaq işi olan “Sonuncu hərbi əmr”in layihə rəhbəri Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı, məsləhətçiləri – Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Dr. Fazil Mustafa, Tatarıstanda yaşayan soydaşımız, tanınmış ictimai xadim İsmət Orucəliyev, rəyçiləri isə BAMF prezidenti Umud Rəhimoğlu, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, DGTYB başqanı İntiqam Yaşardır.

Udmurt yazıçısının hekayələrini ruscadan Azərbaycan dilinə DGTYB Məsləhət Şurasının üzvləri olan ədiblər – Dos.Dr. Ruhəngiz Əliyeva (“Moqdos”, “Vəhşi ləpiri”), Prof.Dr. Rəsmiyyə Sabir (“Sonuncu hərbi əmr”), Dr. Həyat Şəmi (“Üç general”, “Nənəmin xatirəsinə”), yazıçı, türkoloq Şahnaz Kamal (“Padış itib”), tərcüməçi Talehə Əliyeva (“Toranlıqda yad qadın”), AYB Poeziya seksiyasının rəhbəri, şair-tərcüməçi İbrahim İlyaslı (“Göylər belə doluxsunub ağladı”), AYB üzvü, şair Şəfəq Sahibli (“Nit”), AYB üzvü, şair-publisist Şahməmməd Dağlaroğlu (“Şurdoşura gedən yol”) çevirib.
Azərbaycanda ilk dəfə udmurt yazıçısının kitabı çıxıb
Kitabdakı mətnləri Əkbər Qoşalı və DGTYB üzvləri – filologiya üzrə fəlsəfə doktoru Xəyalə Zərrabqızı, şair Xəyalə Sevil redaktə edib.

“Sonuncu hərbi əmr”də yer alan hekayələrdə həyatın sosial mənzərəsi təsvir edilməklə yanaşı, yaşananların insan mənəviyyatında doğurduğu konkret, retrospektiv cəhətlər peşəkarlıqla qələmə alınıb.

Qeyd edək ki, mayın 25-də İjevskdə kitabın ilk təqdimatı keçiriləcək. Udmurtiya Milli Kitabxanasında tanınmış ədəbiyyat, mədəniyyət xadimlərinin qatılımı ilə baş tutacaq təqdimatda həmvətənimiz – kitabın tərcüməçilərindən olan Şahnaz Kamal və Udmurtiyadakı Azərbaycan diasporunun fəalları da iştirak edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Tarix:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031