manera.az
manera.az

“Ulduz”un sentyabr sayında..

📅 15.09.2025 17:58

“Ulduz”un sentyabr sayında..
“Ulduz”un sentyabr sayı Aləmzar Sadıqqızının “Özüylə söhbəti və şeirləri” ilə açılır.

MANERA.AZ xəbər verir ki, “Nəsr”də Orxan Fikrətoğlu “Dəccal”, Miri Rəsulzadə “Mehman” hekayələrini təqdim edir.

“Tənqid”də Mətanət Vahid “Müasir hekayə: gənc ədəbi səslər və estetik axtarışlar”dan yazır.

“Şeir vaxtı”nda Allahşükür Ağa, Elməddin Nicat, Vasif Əlihüseyndir.

“Yazı masası”nda Taleh Mansurun qonağı Xalq şairi Sabir Rüstəmxanlıdır.

“Tərcümə saatı”nda U.F.Harvinin hekayəsini BDU-nun Filologiya (ingilis dili və ədəbiyyatı) fakültəsinin 4-cü kurs tələbəsi Alsu təqdim edir.

Seyyid Əsrinin qəzəllərini də bu sayda oxuya bilərsiniz.

“Debüt”də “Yuxunuz şirin olsun, ölülər” (Yusif Səmədoğlunun əziz xatirəsinə...) yazısı ilə Şəhriyar Məmmədzadədir.

Bu sayda Adil Quliyevin “Təpələr” essesini, Şiringül Musayevanın “Kiçik süjetli tamaşa üçün mətnlər”ini, Şəlalə Camalın şeirlərini və Pərvanə Məmmədovanın “Xilaskar köpük” hekayəsini oxuya bilərsiniz.

“Dərgidə kitab” Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” (2-ci yazı) yazısını təqdim edir.

“Dərgidə sərgi”də rənglər dünyasıyla Aysel Hacıyevadır.


Baxış sayı - 180 | Yüklənmə tarixi: 15.09.2025 17:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031