manera.az
manera.az

AYB-dən xəbərdarlıq: Onlar üzvlükdən çıxarılacaq

📅 08.01.2026 21:21

AYB-dən xəbərdarlıq: Onlar üzvlükdən çıxarılacaq
Yanvarın 6-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Katibliyinin növbəti iclası keçirilib.

MANERA.AZ xəbər verir ki, bu barədə Mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

O bildirib ki, gündəlikdəki bir neçə məsələ ilə yanaşı, Birliyin üzvləri arasında illik üzvlük haqqını ödəməyənlərin siyahısı müzakirə olunub: "Qaydalara əsasən, bir neçə il üzvlük haqqını ödəməyən şəxslər xəbərdarlıq edilmədən Birlikdən xaric edilməlidirlər. Lakin buna baxmayaraq, onlara dəfələrlə xəbərdarlıq edilib".

Xəyal Rzanın sözlərinə görə, qərara alınıb ki, “Ədəbiyyat qəzeti”ndə sonuncu dəfə xəbərdarlıq edilsin: "Beləliklə, fevralın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyinin sıralarından xaric ediləcəklər". (Mənbə APA)


Baxış sayı - 223 | Yüklənmə tarixi: 08.01.2026 21:21
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031